Yuxarı

İkinci devalvasiya gəlir?

İkinci devalvasiya gəlir?

[caption id="attachment_1288" align="alignleft" width="311"]oqtay haqverdiyev Oqtay Haqverdiyev: “Bizdə maliyyə böhranı yaranıbsa, demək ki, hansısa problemlər mövcuddur”[/caption] Manatın növbəti devalvasiyasının baş tutacağı haqda söz-söhbətlər səngimək bilimr. Manatın ikinci devalvasiyaya uğraması prosesinin ilin sonuna qədər baş tutmayacağı barədə bildirilsə də, 2016-cı il üçün verilən proqnozlar heç də ürəkaçan deyil. Mərkəzi Bank bu məsələdə əhalini arxayınlaşdırır və hesab edir ki, ikinci devalvasiya gözlənilə bilməz.   Ekspertlər manata yeganə təsir edən amilin neftin qiyməti olduğunu bildirirlər. Belə ki, neftin qiyməti bahalaşmayacağı təqdirdə, manata təzyiqlər davam edəcək. Mütəxəssislər hesab edir ki, manatin “rahat nəfəs alması”  üçün neftin qiyməti ən azı 85-90 dollara olmalıdır ki, bu da mümkünsüzdür. Bu günlərdə Yaponiyanın paytaxtı Tokioda yerləşən iri maliyyə holdinqi Nomura Holdings Azərbaycanın devalvasiyaya gedib-getməyəcəyi barədə proqnoz verib.   “Nomura Holdings” keçmiş Sovet İttifaqı ölkələrinin pullarının qiymətini aşağı salacaq növbəti ölkələr olacağını bəyan edib.   Qeyd edək ki, ikinci devalvasiya baş versə, Mərkəzi Bankın sərt müdaxilə ilə bu prosesin qarşısını alması çətin ola bilər.   Mərkəzi Bankın valyuta rezervlərinin son göstəriciləri bunu deməyə əsas verir. Sentyabr ayının yekunlarına görə AMB-nin valyuta ehtiyatları 7 milyard 44, 2 milyon dollar təşkil edib. Son bir ildə AMB-nin valyuta ehtiyatları 53, 2 faiz, ilin əvvəlindən bəri isə 48,8 faiz azalıb. Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi yarıdan çoxu əriyib. İqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, manatın növbəti devalvasiyası bu ilin sonuna kimi gözlənilmir: “Bu barədə rəsmilər də bildiriblər. Mərkəzi Bankın rəhbəri və maliyyə naziri bəyan etdi ki, manatın növbəti ucuzlaşması gözlənilmir. İrəlidəki vaxtlarda nə olacağını demək çətindir. Amma gələn il belə bir problem baş verərsə, onu yoluna qoymaq mümkündür. Azərbaycanın bu problemin qarşısını almağa imkanları var”. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin yarıdan çoxunun azaldığı məsələsinə gəlincə, iqtisadçı deyib ki, Azərbaycan kimi dövlət üçün bu rezervlərin azalması problem deyil: “Ukrayna kimi dövlətin 4 milyard rezervi var. Əgər bizdə maliyyə böhranı yaranıbsa, demək ki, hansısa problemlər mövcuddur. Problemləri də həll etmək üçün Azərbaycanın kifayət qədər imkanı var”. Xatırladaq ki, Prezident Ilham Əliyev aprelin 10-da keçirdiyi müşavirədə manatın devalvasiyasından danışıb.   Dövlət başçısı deyib ki, əslində “manatın məzənnənin dəyişdirilməsi 2005-ci ildə müəyyən etdiyimiz məzənnənin bərpa edilməsi deməkdir.   Alçina Amilqızı





Həftənin ən çox oxunanları