Yuxarı

Kommunal xidmət haqları qaldırıla bilər

Kommunal xidmət haqları qaldırıla bilər

Rovsen agayev“PR-a xidmət edən gündəm mövzularına çox fikir verməyin - bizə qalan büdcə olacaq. Nə qədər də əlinizi yelləyib "büdcədən bizə nə" desəniz də, müəllimi, həkimi, hərbçisi, mədəniyyət işçisi, məmuru büdcədən maaş, pensiyaçısı təqaüd alır. Ümumilikdə büdcədən maaş, pensiya, müavinət alan insanların sayı 3 milyon nəfər ətrafındadı”. Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib.

“Maliyyə naziri bir müddət əvvəl dedi ki, büdcə qənaət rejiminə keçəcək. Amma diqqətlə analiz edəndə görürsən ki, hökumətin məcburiyyət qarşısında ixtisar etdiyi investisiya layihələri istisna olmaqla büdcə təşkilatlarının istehlakı ilə bağlı hansısa ciddi ixtisarlardan söhbət gedə bilməz. Yeganə gözə dəyən ixtisar avtomobil alışı xərclərində özünü göstərir”, - deyə R. Ağayev qeyd edib. Ekspertin sözlərinə görə, büdcə təşkilatları üçün "idarənin saxlanması" adı altında ayrılan xərclər 2015-ci ilə nisbətən 13 milyon manat artırılıb. Rövşən Ağayev bildirib ki, cari təmir xərcləri cəmi 8 milyon manat ixtisar edilib - 2015-ci ildə cari təmir xərclərinin 392 milyon manat olması gözlənir, 2016-ci ildə 384 milyon nəzərdə tutulub: “Ezamiyyə xərcləri 54 milyon manatdan 49 milyon endirilib - 5 milyon. Ezamiyyə xərclərinə qənaət əsasən daxili ezamiyələr hesabına ediləcək - ümumi 5 milyon manatlıq ezamiyyə qənaətinin 4 milyon manatı daxili ezamiyyələr hesabına baş verəcək. Büdcə təşkilatlarının yanacaq (sürtkü yağları da daxil) xərcləri təxminən eyni saxlanıb - 80 milyon manat”. Rövşən Ağayev vurğulayıb ki, büdcə təçkilatlarının telefon xidməti xərclərinə təxminən, 3 milyon manat, yumşaq inventar alınması üçün 8 milyon manat qənaət nəzərdə tutulur. Əvəzində inventar və avadanlığın alınması xərcləri 15%-ə (152 milyon manat) qədər artımla proqnoz edilir. “Büdcə təşkilatlarının kommunal xidmət xərcləri 2015-ci ildən təxminən, 30 millyon manat çox olacaq və 2016-cı ildə bu istiqamət üçün 410 milyon manat nəzərdə tutulur. Bu hissədə çox maraqlı və araşdırma tələb edən vacib məqam var - "digər kommunal xidmətlərin haqqının ödənilməsi" xərcləri 45% (27 milyon manat) artırılıb. Bu ona işarədir ki, hökumət 2016-cı ildə kommunal xidmət növlərindən hansısa birinin (və ya bir neçəsinin) tariflərini artıra bilər. İndi özünüz qiymət verin - 2016-cı ilin büdcəsinə "qənaətcil büdcə" demək olarmı?”, - deyə R. Ağayev qeyd edib.

Cebhe.info





Həftənin ən çox oxunanları