Yuxarı

İqtisadçı ekspert: “İşsizlik və yoxsulluq artacaq”

İqtisadçı ekspert: “İşsizlik və yoxsulluq artacaq”

[caption id="attachment_1026" align="alignleft" width="367"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Devalvasiya rekord həddə çatacaq”[/caption]

“Hazırda devalvasiya yüksək həddə çatıb. Bir günün içərisində dolların kursunun 34 faiz bahalaşması ölkədə olan iqtisadi vəziyyətin ağır olduğunu göstərdi”.

Bunu “Cümhuriyət”ə açıqlamasında iqtisadçı ekspert Fəxrim Abduləzimov deyib. Onun sözlərinə görə,  bu günə qədər dövlətin iqtisadiyyatın inkişafı üçün ayırdığı  maliyyə vəsaiti iqtisadiyyata yox, bəzi məmurların biznes planlarına xidmət edib: “Buna görə də ölkədə devalvasiya bu həddə gəlib çıxdı. Belə ki, YAP hakimiyyəti dövründə iqtisadiyyata qoyulan sərmayə səmərəli istifadə edilsəydi ölkədə nə büdcədə problemlər, nə iqtisadi zəiflik, nə də devalvasiya baş verərdi”. Ekspert qeyd edib ki, manatın məzənnəsi büdcə hesabına saxlanılırsa və büdcədə kəsirlərin baş verməsinə səbəb olursa, yeni ilin ilk günlərində devalvasiya gözlənilməz rekord həddə çatacaq: “Ölkə büdcəsinə gəldikdə isə istər dövlət başçısı, istər maliyyə nazirinin çıxışından belə qərara gəlmək olar ki, neftin qiymətinin hədsiz dərəcədə ucuzlaşması ölkədə işsizliyin və yoxsulluğun daha da artmasına səbəb olacaq. İnanmıram ki, prezidentin verdiyi qərar inanmıram ki, sahibkarların işində irəliləyiş yarada bilsin. Fevral ayından başlayan bahalaşma durmadan artır. Ancaq dövlət tərəfindən  heç bir tədbir görülmür. Burdan da belə nəticəyə gəlmək olar  ki, monopoliyanın qarşısı alınmayana qədər istehsal və xaricdən gələn malların qiymətlərində ucuzlaşma baş verməyəcək. Sahibkarlığın inkişafında heç bir dönüş gözlənilmir”. Vergi və vergi cərimələrinin artırılmasına münasibət bildirən ekspert deyib ki, qərar yenə də məmur və məmur övladlarına xidmət edəcək: “Qərarda bildirilir ki, sahibkarlar iki il yoxlanışdan azad edilsin. Ancaq məlum deyil ki, bu qərar hansı sahibkarlar üçün verilib. Bütün sahibkarlar və istehsalat sahələrinin hamısı yenə də məmurlara aiddir. Bunun üçün də verilən qərar yenə də məmur və məmur övladlarına xidmət edəcək, bu da olkədə narazı əhalinin artmasına səbəb olacaq. Artıq xırda bizneslə məşğul olan sahibkarlar ancaq vergi və bank borclarını ödəyib qurtarmağa çalışırlar”. Kənd təsərrüfatının durumuna gəlincə, ekspert deyir ki, bu sahənin inkişafı geridə qalır: “Ölkədə kən təsərrüfatının bazarı yoxdur və bu bazarın olması dövlət tərəfindən tənzimlənməlidir. Bazara çıxarılan məhsulların maya dəyəri baha başa gəldiyinə görə artıq fermerlər də bu məhsulların istehsalatına maraq göstərmirlər. Bir ölkədə iqtisadiyyat və sənaye yoxdursa, devalvasiya gedtikcə daha da artacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları