Yuxarı

AXCP şöbə sədri: “Rayonlarda sosial-iqtisadi vəziyyət çox ağırdır”

AXCP şöbə sədri: “Rayonlarda sosial-iqtisadi vəziyyət çox ağırdır”

marif salahov“Yerli icra orqanları əhalinin xeyrinə olacaq heç bir iş görmür. Təkcə Ağstafa rayonunda 11 ildir ki, məcburi köçkün ailələrinə ev, torpaq verilməlidir, ancaq bu yöndə heç bir addım atılmır, ciddi iş aparılmır”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Ağstafa rayon şöbəsinin sədri Marif Salahov deyib.

Rayonlarda olan işsizlik problemlərinə toxunan şöbə sədri bildirib ki, gənclərin çox hissəsi bu problemlə üz-üzədir: “Rayonlarda sosial-iqtisadi vəziyyət çox ağırdır. Rayonlardan Bakıya olan axının əsas səbəbi elə işsizliklə bağlıdır. Ancaq bunu da qeyd edim ki, artıq Bakının özündə belə iş tapmaq müşkül məsələyə çevrilib. İşsizlikdən əziyyət çəkən gənclik çıxış yolunu ölkəni tərk etməkdə görürlər. Bu da bir çox hallarda acınacaqlı hal alır.  Belə ki, xarici ölkələrə üz tutan gənclər bir çox hallarda qalmaq üçün yer tapa bilmirlər, çox acınacaqlı durumla üzləşirlər. Bu da Azərbaycan gəncliyinin xarici ölkələrdə məhv olmasına gətirib çıxarır. Əsas səbəb isə hakimiyyətin gənclərin bu mühüm problemini həll etməyə yönəlik proqramının olmamasıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları