“Maliyyə Nazirliyinin və Milli Bankın açıqlamasından belə nəticəyə gəlmək olar ki, Azərbaycan hökuməti “üzən məzənnə”yə keçməyə hazırlaşır. Dünya bazarında baş verən proseslərlə əlaqədar daha çevik bir məzənnə siyasətinə keçilməyə hazırlaşırlar. Ancaq Azərbaycan reallığında görünən odur ki, adını nə qoyurlar-qoysunlar, gəlirlərin azaldığı bir dövrdə hər hansı dəyişiklik hər zaman manatın əleyhinə olacaq, manatın dəyərdən düşməsinə xidmət edəcək”. Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekpert Natiq Cəfərli deyib. Ekspert bildirir ki, fevral ayında baş verən kəskin 35 faizlik devalvasiyaya nə Milli Bank, nə də hökumət gedə bilər: ”Çünki Azərbaycan iqtisadiyyatı hələ birinci devalvasiyanı tam həzm edə bilməyib. Yaşanan ciddi problemlərin böyük əksəriyyəti iqtisadiyyatın hələ 35 faizlik devalvasiyaya tab gətirəcək gücdə olmadığı anlamına gəlir. Ancaq addım-addım, günlük və ya həftəlik məzənnə artımı ilə manatın zəifləməsinin şahidi olacağıq. Seçkidən sonra bu, daha da sürətlənəcək. Dünya bazarındakı neftin qiyməti ilə də bunun əlaqəsi var. Mərkəzi Bankın rəhbəri və maliyyə naziri çıxışlarında qeyd etmişdilər ki, dünya bazarında neftin qiymətinin enməsi gələcəkdə manata neqativ təsir göstərəcək. Bu tendensiya da onu göstərir ki, yaxın gələcəkdə burada da hər hansı bir dəyişikliklərin olması ehtimalı var. Biz dünya bazarında neftin qiymətlərinin enməsinin şahidi olacağıq və neftin qiyməti yaxın gələcəkdə 40 dollara qədər ucuzlaşa bilər. Bunu da nəzərə alsaq görünən odur ki, seçkidən sonra manatın məzənnəsində gündəllik və həftəlik olaraq dəyişikliklərin şahidi olacağıq. Manat zəifləməkdə davam edir”. Seçkiöncəsi və seçkidən sonra baş verəcək bahalaşma ilə bağlı proqnozlarını verən AXCP funksioneri, iqtisadçı-ekspert Fəxrim Abduləzimov isə qeyd edib ki, indiyə kimi bütün seçki proseslərin də əksər büdcə təşkilatlarının maaşlarında cüzi də olsa artım hiss olunurdu: “Artım ən çox müəllimlər, həkimlər, təqaüdçülər şamil olunurdu. İndiki parlament seçkilərində bu cür hallara rast gəlmədik. Buna səbəb isə büdcə kəsiri və neftin qiymətinin rekord həddə ucuzlaşmasıdır. Artıq seçkidən öncə bahalaşma istər ərzaq məhsullarında, istər digər mallarda özünü büruzə verib. Bəzi məhsulların qiymətlərində də ucuzlaşma halları olsa da, bunu ərzaq məhsullarına şamil etmək olmaz. Ucuzlaşan mallar ən çox tikinti və sənaye məhsullarıdır. Bunun da səbəbi əhalinin gəlirlərinin ancaq minimum yaşayış üçün yetərli olduğundan irəli gəlir. Hal-hazırda Azərbaycan vətəndaşı evdən çıxıb, evinə qayıdarkən düşündüyü yeganə məsələ sosial problemlərdir”. Ekspertin sözlərinə görə, seçkidən sonra bahalaşma prosesi daha intensiv hal alacaq: “Bahalaşma ölkədə anarxiyaya səbəb ola bilər. Anarxiyanın baş verməsinə isə bahalaşma və işsizlik səbəb olacaq. Bu da ölkədə aclığa, cinayətlərin çoxalmasına və ölkəni tərk edən vətəndaşların artmasına səbəb olacaq. Ölkədən çıxan vətəndaşlar öz ailələrini bu böhrandan çıxarmaq yollarını, işsizlik, maliyyə problemlərinin həllini xarici ölkələrdə axtaracaqlar. Nə qədər ki “qanun şah yox, şah qanundur”, ölkənin inkişafında irəliləyiş görünmür”. Vilayət Muxtar
- Ana səhifə
- İqtisadiyyat
- Bədbin proqnoz: Seçkidən sonra bahalaşma olacaq
Bədbin proqnoz: Seçkidən sonra bahalaşma olacaq
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi