Yuxarı

Vergi Məcəlləsinə dəyişiklik nə vəd edir?

Vergi Məcəlləsinə dəyişiklik nə vəd edir?

vergi mecellesiEkspert: “Yeni qaydalar rəsmi əmək haqqını gizlədən müəssisələrdə işçilərə deyil, rəhbərliyə fayda gətirəcəkdir”

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisində Vergi Məcəlləsinə dəyişikliklər qəbul edildi. Parlamentdə qeyd edilib ki, adıçəkilən sənəd ölkə prezidenti İlham Əliyevin sədrliyi ilə bu günlərdə 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrin əsasında hazırlanıb.

Vergi Məcəlləsində nələr və necə dəyişdi?

Deputatlar bildiriblər ki, fiziki şəxslərin gəlir vergisi ən problemli məsələdir. Yerlərdə insanlarla görüşəndə aşağı əmək haqqı alan işçilər tərəfindən bu məsələ daim qabardılır. Vergi Məcəlləsinə təklif edilən əsas dəyişiklik, məhz bu məsələ ilə bağlı olub. Qeyd olunub ki, bu dəyişiklik bütövlükdə 500 minə yaxın insanı əhatə edəcək. Dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manat olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, 30000 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində hissəsinin gəlir vergisindən azad olunması təklif edilirdi. Eyni zamanda, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə gəlir vergisinin və ƏDV-nin ödəyici olmayacaqlar. Bununla yanaşı, adıçəkilən Məcəllənin 13.2.55-ci və 13.2.56-cı maddələrində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş Mergi Məcəlləsinin 219.1-ci maddəsinin ikinci abzasında müəyyən edilmiş vergitutma öbyekti üzrə bu dərəcələrlə hesablanacaq, yəni ticarət fəaiyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz. Belə ki, təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklə qəbul olunsa, onlara qarşı 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlərin əvvəlkindən 5 dəfə çox, yəni 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquq pozulmasına üçüncü dəfə yol verənlər əvvəlki kimi, 1200 manat yox, 6000 manat cərimə ödəməli olacaq. Bundan başqa, Azərbaycanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin artırılması təklifi irəli sürülüb.  Hesab edilib ki, bu, dövlət və bələdiyyə büdcələrinin daxilolmalarının artmasına müsbət təsir göstərəcək. Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bu dəyişikliklər, vergi ödəyicilərinə nə vəd edir?

Bu sahədə nələr dəyişəcək? Bu suallara vergi məsələləri üzrə tanınmış ekspert, Təməl Hüquq Mərkəzinin rəhbəri Vüqar Abbasovla söhbətimizdə aydınlıq gətirdik. Ekspert bildirdi ki, Məcəlləyə dəyişikliklərin vergi ödəyicilərinə həm müsbət, həm də mənfi təsirləri olacaq.

“Əvvəlcə onu bildirmək istəyirəm ki, Vergi Məcəlləsində ediləcək dəyişikliklərdə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manat olduqda ölkə üzrə yaşayış minimumunun (bundan sonra ÖÜYM) 1 misli, 30000 min manatadək olduqda isə ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində hissəsinin gəlir vergisindən (bundan sonra GV) azad olunması təklif edilir.

Əvvəlki qanunla;

Əmək haqqı məbləği əmək müqaviləsi üzrə 250,00 manatadək olan işçilərdə yalnız əsas iş yeri üzrə aşağıdakı misalla vergi hesablanıb tutulurdu:

(250,00 - 140,00 (ÖÜYM)) * 14% (GV) = 15,40 GV məbləği

Bu halda işçinin əlinə alacağı məbləğ 250,00 - 15,40 = 234,60 manat olurdu. Əmək haqqı məbləği əmək müqaviləsi üzrə 250,00 manatdan çox olan, misal üçün 260,00 manat olan işçilər üzrə:

260,00 * 14% = 36,40 GV məbləği

Bu halda isə işçinin əlinə alacağı məbləğ 260,00 - 36,40 = 223,60 manat olurdu. Əvvəlki qanunda yaranmış vəziyyətə əsasən yuxarıda qeyd edilmiş misala uyğun olaraq əmək müqaviləsi üzrə əmək haqqı məbləği 250,00 manat olan işçi əmək haqqı məbləği əmək müqaviləsi üzrə 260,00 manat olan işçidən 11,00 manat daha çox (234,60 - 223,60) əmək haqqı əlinə alırdı.

Yeni qəbul ediləcək qanunla 250,00 manatlıq baryer 2500,00 manata qaldırılacaq ki, bu da ikinci misala uyğun olaraq əmək haqqı alan işçilərin əlinə alacağı əmək haqqı məbləğini 20,30 manat artırmış olacaq”.

Rəsmi əməkhaqqı gizlədilən müəssiələrn işçiləri deyil, rəhbərləri qazanacaq

Lakin ekspert hesab edir ki, Azərbaycanın bugünkü reallığını nəzərə alsaq, bu dəyişiklik daha çox dövlət büdcəsindən maliyyəşən habelə tam rəsmi işləyən iri kommersiya təşkilatlarında (misal üçün Azercell, Bakcell, Azərfon və s.)  işləyən işçilərin əmək haqqında öz əksini tapacaqdır. Rəsmi əmək haqqını gizlədən kommersiya və ya qeyri kommersiya təşkilatları bu qanun faktiki olaraq işçilər üçün deyil, müəssisə rəhbərliyinə fayda gətirəcəkdir.

Belə ki, bu tip müəssisələrdə işçilər işə qəbul edilərkən işçi ilə işə götürən arasında razılaşdırılmış əmək haqqı məbləği işçinin əmək müqaviləsi üzrə hesablanmış əmək haqqı məbləği deyil işçinin əlinə çatacağı əmək haqqı məbləği razılaşdırılır.

Digər dəyişikliklə bağlı məlumata əsasən, Məcəllənin 13.2.55-ci və 13.2.56-cı maddələrində göstərilən fəaliyyətlə məşğul olan şəxslər tərəfindən sadələşdrilmiş vergi Məcəllənin 219.1-ci maddəsinin ikinci abzasında müəyyən edilmiş vergitutma öbyekti üzrə bu dərəcələrlə hesablanacaq, yəni ticarət fəaiyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz olması təklif edilir.

Ekspert hesab edir ki, bu dəyişikliklə sahibkarların vergi yükü artırılmış olacaqdır. Belə ki, ticarət fəaliyyəti üzrə vergi yükü 50%, ictimai iaşə fəaliyyəti üzrə 100% artırılmış olacaq.

Vergi cərimələri dəfələrlə artırılıb

Üçüncü dəyişikliklə bağlı isə mütəxəssis deyir ki, vergi cərimələri 5 dəfə artıb: “ Dəyişikliyə əsasən, nəzarət kassa aparatlarının istifadəsi zamanı baş verən qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyalarının məbləği 5 dəfə artırılmışdır. Belə ki, təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquq pozulmalarına birinci dəfə yol verəndə əvvəllər 400 manat məbləğində cərimə olunurdusa, dəyişikliklə qəbul olunsa, onlara qarşı 2 000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təqvim ili ərzində ikinci dəfə hüquqpozulmasına yol verənlərə 4000 manatadək cərimə olunması təklif edilir. Belə hüquqpozulmasına üçüncü dəfə yol verənlər əvvəlki kimi 1200 manat yox, 6000 manat cərimə ödəməli olacaq”.

Vüqar Abbasov hesab edir ki, Məcəlləyə dəyişikliklər sözsüz ki, vergi ödəyicilərinin məsuliyyətini və yükünü kəskin şəkildə artırmış olacaq, belə ki, fiziki şəxslərin gəlir vergisinə edilən düzəlişlər istisna olmaqla yeni qəbul ediləcək qanun layihəsi vergi ödəyicilərinin yükünü ən az halda 50%, ən yüksək halda isə 5 dəfə artırmış olacaq.

Elçin





Həftənin ən çox oxunanları