Yuxarı

AXCP funksioneri : “SOCAR benzini 3 dəfə baha satır”

AXCP funksioneri : “SOCAR benzini 3 dəfə baha satır”

socar“Azərbaycanda benzin maya dəyərindən 3 dəfə baha satılır. Ölkə prezidenti İlham Əliyev son çıxışlarının birində benzinin qiymətinin ucuzlaşacağını bildirib. Təbii ki, bu, ölkə iqtisadiyyatına təsirsiz qalmayacaq. Biz neft istehsalı və satışı ilə məşğul olan dövlətlərlə öz dövlətimizi müqaisə etsək belə nəticəyə gələrik ki, neft ölkəsi olmağımıza baxmayaq neftin və benzinin qiyməti çox bahadır”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri, iqtisadçı-ekspert Fəxrim Abduləzimov deyib. Fəxrim Abduləzimov “SOCAR benzinin maya dəyərini açıqlamasa da, iqtisadçılar bu rəqəmi hesablayıblar. Beynəlxalq təcrübədəki göstəricilərə görə, 1 barel neftdən orta hesabla 330 litr benzin əldə edilməsi mümkündür. Bu göstəricilərlə hesablasaq aydın olur ki, 1 litr benzin “SOCAR”-a 20-25 qəpiyə başa gəlir. Bu isə o deməkdir ki, bu gün Azərbaycan vətəndaşı benzini maya dəyərindən ən az 3 dəfə baha alır”,- deyə bildirib.

Ekspert qeyd edib ki, ölkədə benzinin qiymətinin ucuzlaşması iqtisadiyyata böyük təsir göstərəcək: “Bu, həm kənd təsərüfatında, həm də sənaye istehsal sahələrində qiymətlərin ucuzlaşmasına gətirib çıxara bilər. Çünki bütün mal və məhsulların bazara çıxarılmasında benzinin çox böyük rolu və təsiri var”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları