Yuxarı

"İnfrastruktur layihələrin  bir çoxu dayandırılacaq"

iqtisadiyyatDekabrın 7-də prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiqləyib. 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiqlənib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698 000,0 min manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat məbləğində müəyyənləşdirilib. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycanın 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən olunub. Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı-ekspert Vüqar Bayramov Cebhe.infoya açıqlamasında bildirdi ki, dövlət büdcəsində kəsirlərin olacağı əvvəldən gözlənilirdi. V.Bayramovun sözlərinə görə, 2016-cı ilin xərclərinin gəlirlərdən çox olacağı proqnozlaşdırılır: “Gələn ilin büdcəsində 1.7 milyard manat kəsirin olacağı bildirilir. Bunu xərclərin gəlirlərdən çox olacağına bağlayırlar.

Gələn il müəyyən layihələrin həyata keçiriləcəyi gözlənilir. Lakin neftin qiymətləri aşağı düşdükcə, infrastruktur layihələrin bir çoxu dayandırılacaq. 2016-cı il daha çox infrastruktur layihələrində qənaətin edilməsi ilə yadda qalacaq. Eyni zamanda gəlirlər və xərclər arasındakı balansı gəlirlərin çoxalması yönündə artırmağa çalışılacaq”. Vüqar Bayramov qeyd edib ki, 2016-cı ildə sosial xərclərin artırılması gözlənilir. “Gələn il əsas prioritet sosial xərcləri qoruyub saxlamaqla infrastruktur layihələrinə qənaətin edilməsi olacaq”, - deyə ekspert vurğulayıb.

Mənsur





Həftənin ən çox oxunanları