Yuxarı

“Bahalaşma son həddə çatacaq”

“Bahalaşma son həddə çatacaq”

iqtisadiyatDevalvasiyadan sonra ölkə iqtisadiyyatında baş verən proseslər ərzaq məhsullarının bahalaşmasına səbəb olub. “Ölkədə baş verən bahalaşmaya səbəb nədir və bunun qarşısını necə almaq olar” sualını Cebhe.info-ya açıqlamasında AXCP funksioneri, iqtisadçı-ekspert Fəxrim Abduləzimov cavablandırıb.

F.Abduləzimov bildirib ki, son bir ildə ölkədə bahalaşma rekord həddə catıb, bunu sakinlərin aldıqları məvaciblə bazar qiymətlərinin müqayisəsində görmək olar: “Bunun səbəblərini isə ölkəyə idxal olunan və ölkədə istehsal olunan mallara verginin hansı formada tətbiq edilməsində axtarmaq lazımdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.5 bəndində bildirilir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur deyil. Lakin bizdə ölkəyə idxal olunan mallardan gömrük rüsumu alınır, amma hansı formada. Vergi Məcəlləsində 9-cu bəndində göstərilir ki, vergilər Azərbaycan pul vahidi ilə hesablanır, bizim gömrük- keçid məntəqələrində isə cox vaxt bu dollarla alınır. Bundan başqa sahibkarın gətirdiyi malın vergisi 5 min manat civarındadırsa, vergini ödənişi zaman bu süni şəkildə bir az da artırılır, qanunu tələb etdikdə isə həmin şəxsin ölkəyə mal idxalının qarşısı alınır. Bu səbəbdən də sahibkar tələb olunan pulu ödəməyə, hüquqlarının pozulmasına boyun əyməyə məcbur olur. Bu isə təbii ki, birbaşa idxal olunan malın qiymət artımına səbəb olur”.

Vergi sisteminin çox acınacaqlı halda olduğunu deyən ekspertin fikrincə bu sahədə əsaslı dəyişikliyə ehtiyac var: “Vergi ödəyicisi olan hər hansı şəxsdən alınan vergi dövlət büdcəsinə tam şəkildə ödənilmir, bunun müəyyən qismi ödənilir, yerdə qalan böyük qismi isi yenə də müəyyən fərdlərin ciblərinə girir. Ölkəyə gətirilən mallar bazara daxil olduqda isə, bu mallardan yenidən vergi tutulur. Buna səbəb də alınmış verginin büdcəyə tam şəkildə kecirilməməsi və gömrükdə ödənilən vergi qarşılığında qaimə verilməməsidir. Yerlı istehsalda isə bu tamam fərqlidir. Son dövrlər mallarda qiymət artımı bu formada olub”.

Ekspertin sözlərinə görə, aparılan araşdırmalardan belə qərara gəlmək olar ki, bazarda ərzaq məhsullarının qiymətində 10-15%, spritli ickilərdə 25-30%, tütün məhsullarında 30-35% artım olub.

“Ən az qiymət artımı “Azersun holdinq”də, ən cox qiymət artımı isə “Gilan”da olub. Bu şirkətlərdə qiymət artımının fərqi isə 10-15% təşkil edir. Yerli şirkətlər və istehsalatla məşğul olan fiziki və hüqiqi şəxslər məcburi şəkildə vergidən yayınırlar, buna səbəb isə yenə vergi orqanıdır. Hər bir istehsalcı istehsal etdiyi məhsullun miqdarında vergi ödəyir. Amma ödədəyi verginin qarşılığında qayiməni ala bilmədiyi üçün bazara cıxardığı mallara qayimə sənədləri verə bilmir. Buna görə də satışla məşğul olan ticarətcilər vergidən yayınırlar. Buna nəzarət isə vergi orqanlarının ixtiyarındadır. Vergilər Nazirliyinin əməkdaşları bütün bu nöqsanları bilərək büdcə kəsirlərini sahibkarların hesabına doldurmağa çalışırlar. Sahibkarın kimə şikayət edəcəyi qurum yenə də yoxdur, bu isə problemlərin həllinə stimul vermir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları