Yuxarı

Anar Cəbrayıllı: Sayğaca müdaxilənin cəriməsi qanunla hesablanır

Anar Cəbrayıllı: Sayğaca müdaxilənin cəriməsi qanunla hesablanır

Saygac_suSu sayğacı əgər vətəndaş tərəfindən süni yolla sındırılırsa və biz həmin sayğacı 5 ay qabaq yoxlayıb vətəndaşa su sərfiyyatı vermişiksə, o zaman vətəndaşın son 5 ay müddətində orta hesabla işlətdiyi su sərfiyatı hesablanaraq cərimə tətbiq olunur. Maksimum cərimə 1 illik hesablanır. Hal-hazırda qanunvericilikdə 1ildən artıq müddətdə cərimə tətbiq olunması yoxdur.

Bunu cebhe.info-ya açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vətəndaşların sayğaca etdiyi müdaxilə və ya texniki səbəbdən baş verən xətalara tətbiq olunan cərimələr haqda münasibət bildirərkən deyib. A.Cəbrayıllı qeyd edib ki, qanunvericilikdə maksimum cərimə 86.40 manat nəzərdə tutulur. “Vətəndaş ola bilər ki sayğacın möhürünü qıraraq su sərfiyyatından qanunsuz istifadə edir, o zaman maksimum 1 illik dəymiş ziyan hesablanır. O da 240 kub təşkil edir, hər aya 20 kub olmaqla hesablanır. Bu da kanalizasiya ilə birlikdə 86.40 manat təşkil edir. Ancaq elə də ola bilər ki biz 2 ay qabaq sayğacı yoxlamışıq və hər şey qaydasında olub, sonra vəntəndaş sayğacı qəsdən qırıb, o zaman 2 aylıq cərimə yazılır. Və yaxud ola bilər ki, sayğac özü çürüyüb qırılıb, ehtiyatsızlıqdan qırılıb biz onu laboratoriyaya göndəririk və vətəndaşa heç bir cərimə yazılmır. Əgər vətəndaş möhürü qırırsa ancaq sayğacın rəqəmlərinə müdaxilə etməyibsə, o zaman heç bir cərimə nəzərdə tutulmur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları