“Avro-4” standartının tətbiqinə baxmayaraq, azərbaycanlı alıcıların avtomobil almaq üçün yenə də ən çox üz tutduğu yer Gürcüstan bazarıdır. AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, proqnozlaşdırılan bahalaşmaya bir neçə səbəb göstərilir ki, bunlardan başlıcası sağ sükanlı avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağadır. Belə maşınların Gürcüstanda alıcısı isə kifayət qədərdir. Bu il ərzində Yaponiyadan daxil olan sağ sükanlı ucuz avtomobillərin sayı ümumi avtomobil idxalında 50%-lik yer tutub. “Sükanı sağda olan və ya sonradan sol tərəfə keçirilən avtomobillər ən ucuz nəqliyyat vasitələridir. Ölkənin avtomobil bazarında özünə yetərincə alıcı toplaya bilib. Sağ sükanlı avtomobillərin bazardan yığışdırılması, sol sükanlı nəqliyyat vasitələrinin qiymətini azaltmayacaq, əksinə onların dəyəri artacaq ki, bu da bahalaşmanı qaçılmaz edəcək”, - deyə Gürcüstan Yol Nəqliyyat Assosiasiyasının rəhbəri Davit Mesxişvili bildirib. Bahalaşmaya digər səbəb isə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən, ölkəyə gətirilən istismar müddəti 6 ili keçmiş avtomobillər üçün gömrük rüsumunun artırılması məsələsidir. Bəzi ekspertlərin fikirincə, avtomobil bazarının yenilənməsi isə alıcıların sayının çoxalmasına səbəb ola bilər. Bu ilin ilk 10 ayı ərzində ölkədən avtomobil ixracı 3 dəfə azalıb. 2014-cü ildə avtomobil satışı ümumi iqtisadiyyatın 19%-ni təşkil etdiyi halda cari ildə bu faiz 8-ə enib. Əsas alıcı qüvvəsi hesab edilən azərbaycanlıların isə bu il qonşu ölkənin maşın bazarında xərclədiyi pul 2014-cü illə müqayisədə 4 dəfə azalaraq 58 milyon dollar təşkil edib. Cebhe.info
- Ana səhifə
- İqtisadiyyat
- Yeni ildən maşınlar bahalaşacaq
Yeni ildən maşınlar bahalaşacaq
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi