Yuxarı

“Dizayn manatı dəyərə mindirə bilməz”

“Dizayn manatı dəyərə mindirə bilməz”

[caption id="attachment_3276" align="alignleft" width="275"]resad hesenov Rəşad Həsənov: “Yeni manatın buraxılması üçün çəkilən xərc dövlət üçün böyük yükdür”[/caption]

2015-ci ildə Azərbaycanın milli valyutası iki dəfə devalvasiyaya uğrayaraq, xeyli dəyər itirdi. Yenicə qədəm qoyduğumuz 2016-cı ildə manatın dollara nisbətdə bir qədər də ucuzlaşacağı proqnozlaşdırılır. Sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, Mərkəzi Bank və hökumət milli valyutanın nüfuzunu qaytarmaq üçün bir sıra addımlar atmağı planlaşdırır. Belə tədbirlərdən biri kimi, yeni dizaynda manatın dövriyyəyə buraxılması göstərilir.

Mövcud durumda manatın dizaynının dəyişməsi nə dərəcədə effektli alına bilər? Ümumiyyətlə, vəziyyətdən çıxış yolu kimi göstərmək olarmı?

İqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda bu kimi fikirlərin ictimailəşdirilməsi və xüsusilə də cəmiyyət tərəfindən müzakirə olunması, informasiya boşluğundan, eyni zamanda ümidsizlikdən yaranan ideyadır: “Çünki dizayn dəyişməsi hər hansı bir valyutanın dəyərini, dönərliliyini artırmır. Dizayn sadəcə, onu təqdim edən şəxs üçün hansısa müsabiqədə pul müqabilində göstərilmiş xidmətdir. Bu, milli valyutaların dəyərliliyində heç bir rol oynamır. Vətəndaşlar bir çox hallarda düşünürlər ki, manatın dizaynının dəyişməsi və sondakı sıfırların silinməklə hansısa formada manatı dəyərləndirmək olar. Bu, əslində, doğru fikir deyil. Manatın arxasında ölkə iqtisadiyyatı dayanır. Manatın dəyərlənməsi qeyri-neft sektorunun inkişafından, ölkənin tədiyyə balansından, xarici ticarət saldosundan və bu kimi yerli istehsalın gücündən asılıdır”. Ekspert hesab edir ki, manatın dizaynının dəyişməsi hazırkı dövrdə baş verməyəcək: “Yeni manatın buraxılması istiqamətdə çəkilən xərc özü belə indiki dövrdə dövlət üçün böyük bir yükdür. Bu istiqamətdə heç bir addım atılmayacaq. Manatın dizaynının dəyişməsi heç bir ajiotajı aradan qaldırmayacaq. Bu, çox səhv məlumatdır. Bu informasiyanı yayan adamlar proseslərdən məlumatsızdırlar. Çünki dolların arxasında ABŞ, manatın arxasında Azərbaycan iqtisadiyyatı dayanır. Bu iki ölkə, o cümlədən qlobal iqtisadiyyatda baş verənlər hər iki valyutada əks olunur. Eyni zamanda hər iki ölkənin Mərkəzi Bankının və hökumətinin valyuta siyasətləri burada əks olunur. Digər heç bir addım manata olan inamı geri qaytara bilməz və yaxud manata əlavə dəyər gətirə bilməz. Bazar dolmalıdır, kifayət qədər valyuta əldə etdikdən sonra Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu xərcləmələr hansısa xidmətlər qarşısında ödəmələr milli valyutalar ilə həyata keçirilməlidir. Bu zaman yığılmış valyutalara bazara çıxarılacaq, vətəndaşların da biznes tərəfindən dönərliliyi təmin edəcəkdir. Sonrakı dövrlərdə manatın dəyəri sadəcə, hazırkı situasiyada neftin qiymətindən, eyni zamanda ABŞ-ın həyata keçirdiyi valyuta siyasətindən asılıdır. Qısamüddətli xəbərlərdən vətəndaşlar doğru olmayan istiqamətlərə yönələ bilərlər. Amma bu, çox qısa müddətli təsirlər formalaşdırır. Hətta bir neçə saatdan sonra bu kimi informasiyanın və yanaşmanın nə dərəcədə əsassız olduğu ortaya çıxacaq. Bu da uğursuzluqla nəticələnəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları