Yuxarı

“Ölkəni borc bataqlığına sürükləyirlər”

“Ölkəni borc bataqlığına sürükləyirlər”

pul“Azərbaycanın dövlət borcu 7 milyard dollardır, bu, artıq Ümumi Daxili Məhsulun 20 faizi edir”. Bunu Cebheinfo-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, hökumət nümayəndələri ölkənin xarici borcu ÜDM-in cəmi 12 faiz təşkil etdiyi barədə mütəmadi məlumatlar verirlər: “Burada dəqiqləşdirmələrə ehtiyac var:

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 54 milyard 352.1 milyon manat təşkil edib. 2016-cu ilin əvvəlinə olan məzənnəyə görə, bu, təqribən 35 milyard dollar edir. Azərbaycanın dövlət borcu 7 milyard dollardır, bu artıq ÜDM-in 20 faizdir.  Amma, SOCAR və digər şirkətlərin dövlət zəmanəti ilə aldığı borclar da var, bu da təqribən, 8 milyard dollardır. Bundan başqa bank sektorunun 5,7 milyard dollar borcu var, yəni, toplam borc, təqribən 21 milyard dollara yaxındır. Yəni bizim konsalidə olunmuş borcumuz ÜDM-in 60 faiz civarındadır, 12 faiz deyil.

Niyə tez-tez 12 faiz deyirlər? Çünki ölkəni ciddi borc bataqlığına sürükləmək üçün əlavə mənbələr axtarırlar. Bu, çox təhlükəlidir, çünki, 120 milyard neft pulunu necə “effektiv” xərclədilərsə, borcları da alıb, elə xərcləyəcəklər, yük övladlarımızın çiyninə düşəcək. Dünənimizi və bu günümüzü bu sistem “yedi”, indi isə gələcəyimizi “yemək” istəyir...”

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları