Yuxarı

Bankların kredit fiaskosu

Bankların kredit fiaskosu

bankGözlənilən devalvasiya öncəsi heç kimə borc verilmir

Belə bir məsəl var: “Borclu borclunun sağlığını istər”. Amma Azərbaycanda, ələlxüsus da paytaxt Bakıda nə borc verən var, nə də ki, borcluya sağlıq arzulayan. Bu dəfə kredit götürmək üçün banklara saldıq. İlk öncə “Unibank”a üz tutduq. Amma təəssüflər olsun ki, onlar yalnız daimi  və  heç bir kredit gecikməsi olmayan  müştərilərə kredit verdiklərini bildirdilər.

Bəlkə əməkhaqqımız çox yüksəkdir, pulu nəinki bir neçə aya, hətta bir neçə həftəyə qaytara biləcəyimizi bildirsək də, mümkün olmadı. - Bəlkə bir daimi müştərinizi tapdım, xahiş etdim onlar mənim əvəzimə kredit götürdülər, o zaman hansı şərtlər olacaq, - deyə müraciət etdik. Cavab dəyişmədi: “Yalnız və yalnız daimi, kredit borcu, gecikməsi olmayan, əməkhaqqı minimum 200 manatdan çox olan şəxslərə kredit verilir”.

Kor-peşman digər banka yaxınlaşdıq. “Zamin Bank”da  bizi elə qapının önündən  qaytardılar: “Zamin Bank”da kredit verilmir. Kredit verilməsi bir neçə aylıq, bəlkə də bir neçə illik qeyri-müəyyən müddətə dayandırılıb”.

Yaxınlıqda yerləşən “Bank Respublika”ya üz tutduq. Biz xoş üzlə qarşılayan kredit mütəxəssisləri yalnız lombard yolu ilə kreditlərin mümkün olduğunu qeyd etdilər. Yəni ki, qızıl əşyalar girov qoymaqla kredit götürməyin mümkün olduğunu bildirdlər.

Bəlkə axtardığımızı “Kapital Bank”da tapdıq, deyə ora yollandıq. “Kapital Bank” öncə bankomat kartımızın olub-olmadığını soruşdu. Kartın 16 rəqəmli kodu soruşaraq araşdırma aparılmasını istədilər. Araşdırmadan sonra  mümkün kredit şərtlərini təqdim etdilər.

Əməkhaqqına uyğun olaraq məbləğlər və müddətlər təklif edildi və bildirdilər ki, hətta “KapitalBank”dan əməkhaqqı, təqaüd alanlar üçün manatla da kredit verilir.  Minimal olaraq 300 manatdan maksimum 10 min manata qədər kredit verilə bilər. Əməkhaqqının həcmi və digər məsələlər araşdırıldıqdan, təhlil edildikdən sonra dəqiq sizin nə qədər kredit götürə biləcəyiniz müəyyənləşdirilir. Təxminən,180 manat əməkhaqqı alan şəxsin 1 il müddətinə 1000 AZN, iki il müddətinə 2000 AZN kredit götürə bilməsi mümkündür.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları