Yuxarı

Mənzil bazarında stabilləşmə

Mənzil bazarında stabilləşmə

[caption id="attachment_3290" align="alignleft" width="242"]vuqar bayramov Vüqar Bayramov: “Vətəndaşlarda təlaş yaradırlar”[/caption] [caption id="attachment_2363" align="alignleft" width="347"]nusret ibrahimli Nüsrət İbrahimli: “Manatla qiymətlərin azalması müşahidə edilir”[/caption]                 Qiyməti süni şəkildə qaldırırlar

Bir neçə gün əvvəl mənzil bazarında qiymətlərin yüksəlməsi barədə məlumatlar yayıldı. Belə ki, “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatına görə, mənzil bazarında aylıq orta qiymət göstəricisi USD ilə ifadədə 1009 $/kv.m-dən 1.0 % artaraq 1019 $/kv.m, milli valyuta ilə isə ay ərzində 1604 AZN/kv.m-dən 1620 AZN/kv.m bəndinə qədər yüksəlib.

Hesabatda qeyd olunur ki, bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1000 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 79.4%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 889 $/kv.m-dir. Ümumi təklif portfelinin 14.5%-ni 1200-1600 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1345 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 1600 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6.1% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1954 $/kv.m təşkil edir. Bu məsələ ilə yanaşı, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, əslində mənzillərin qiymətinin qalxması barədə yayılan açıqlamaların başqa məqsədləri var. Belə ki, mənzil bazarında qiymətlərin yüksəlməsi barədə açıqlamalar yaymaqla süni qiymət artımları baş verəcək və nəticədə itirən insanlar olacaq. Ekspertin sözlərinə görə, qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq, süni qiymət artımları baş verəcək və nəticədə insanlar itirəcək, bir qrup “makler-biznesmenlər” qazanacaq. Məlum ikili fikirlərlə bağlı ictimaiyyətdə fərqli münasibətlər nümayiş etdirilir. Əmlak üzrə ekspertlər isə bu məsələni bir neçə məqamlarla izah edirlər. Əmlak üzrə ekspert Nüsrət İbrahimli “Cumhuriyət” ə açıqlamasında deyib ki, mənzil bazarında qiymətlərin artımı bir neçə formada baş verə bilir: “Birinci, struktur dəyişikliyi baş verir. Yəni təklif veriləndə ucuz mənzillər satılır, onların əvəzinə bazara bahalı mənzillər daxil olur. Bununla da bazarda orta qiymət yüksəlir. Daşınmaz əmlakda mövsümü aylar mövcuddur. Bu aylarla bağlı olaraq köhnə təklif yerində qalır, ucuz əmlak sahibləri bilirlər ki, bazara alıcılıarin sayı daha çox daxil olub. Ona görə də qiyməti qaldırırlar.Yəni təklif portfelinin strukturu stabil qalır, amma qiyməti qaldırırlar. Fevral ayının nəticələrinə görə, artan qiymət struktur dəyişikliyinə görə baş vermiş bir hadisədir. Yəni ucuz evlər bazara az daxil olub, nəinki bahalı evlər... Təbii ki, təklif portfelinə görə biz qiymətləri açıqlayırıq. Məsələn, ay ərzində 1500 ev varsa, onun orta qiymətini çıxarırıqvə müəyyən edirik ki, bazarda bu qədər mənzil təklifi olub. Qiymətlərin artıb və ya azalmasını da oradan müəyyən edirik.

Digər tərəfdən də biz artıq mənzil bazarında qiymətlərin stabilləşməsi prosesini izləyirik. 2015-ci ildə baş verən hadisələr bu gün baş vermir. O dövrdə manatla qiymətlərin azalması müşahidə edilir. Hazırda qiymət azalması stabilləşir desək yanılmarıq”. Nüsrət İbrahimli əlavə edib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər manatla ifadədə stabilləşib: “Bəzi satıcılar dollar kursu ilə əmlakının qiymətini dəyişdirirlər. Son nəticədə o əmlaklar öz alıcılarını tapmırlar. Ümumən onu deyə bilərəm ki, qiymətlər stabilləşib”.

Alçina





Həftənin ən çox oxunanları