Yuxarı

Evsizlərin ipoteka arzusu

Evsizlərin ipoteka arzusu

İpoteka, yoxsa Mənzil Tikinti Korporotivləri (MTK) tərəfindən verilən daxili kredit daha sərfəlidir?

Məsələni araşdırdıq, ancaq nəticə heç də ürəkaçan olmadı. Belə ki, Azərbaycanda ipoteka krediti almaq, insanların ən çətin bildiyi işdən daha çətin hala gəlib. Yəni, ipoteka krediti arzuolunan olsa da, əlçatmazdır. Yəni, ipoteka krediti almaq üçün 18 ədəd sənəd tələb olunur ki, o sənədləri toplamaq heç də asan deyil. Əgər sözügedən sənədləri toplamaq mümkün olsa belə, bunların bir qisminə dövlət rüsumu olaraq 350 manat (“qeyri-qanuni rüsumdan” kənar) ödəyəcəksiniz.

Təbii ki bunlar rüsumun bir qismidir. Azərbaycanda ipoteka krediti götürənlərin sayı 17,997 nəfər, kredit məbləğinin isə 730,802420 manat olduğuna nəzər yetirsək, adambaşına ortalama 40,606 manat ipoteka krediti verilir. Fərdi qəza və xəstəlik sığortası üçün isə, 0,5% - 0,7% yəni ortalama (təqribi) 2.030 - 2.842 manat, ipoteka predmetinin sığortası üçün 0,3% - 0,4% yəni ortalama (təqribi)1,210 - 1,624 manat tələb edir. Ümumi dövlət rüsumlarının toplamını isə yazmaqda tərəddüd edirəm. Çünki, rəqəmlər heçdə ürək açan olmadığı kimi dodaq uçuqladandır. Qeyd edim ki, ipotekaya götürüləcək mənzilik sahəsini, fərdi yaşayış olub olmamasını nəzərə alınmayan rəqəmlərdən söhbət gedir. Yəni rüsumların gördüyünüz rəqəmlərdən ibarət olduğunu düşünməyin.

Bu sənədlərin arasına lazım olduğu qədər, lazımsız sənədlərin də olduğu qənaətindəyik. Misal olaraq “ipoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının sürəti” sənədi. Hansı ki, sözügedən krediti alanların yaş həddi 18-dən başlayır və 18-29 yaş aralığında kredit alanlar ümumi sayın 33,7%-i təşkil edir. Bu heç də 18 yaşlı şəxslərin kredit almasından sohbət getmir, çünki yaş həddi arasında interval yüksəkdir. Bunu nəzərə alaraq deyə bilirik ki, ölkəmizdə ipoteka krediti deyil, yetkinlik yaşına çatmamış hətta yetkinlik yaşına çatmış şəxslərə belə min əzab-əziyyətlə verilir, yaxud verilmir. Ölkəmizdə normal əmək haqqı 300 manatdırsa, bunu bir az da yüksək edərək 400-500 manat arası intervala nəzər salaq. Düşünülmür ki, 500 manat aylıq məvacibi olan hər hansı bir şəxs (məmur qohumlarını istisna etməklə) ipoteka krediti əldə etsin. Ən azından düşünürük ki, əldə olan vəsaitin bir qismi rüsumlara sərf olunacaq.

Ortaya isə sual çıxır ki, bəs 17,997 nəfər ipoteka kreditini necə əldə edib. Burada iki məqam var, yəni ipoteka kreditləri güzəştli və güzəştsiz olaraq ikiyə ayrılır və Azərbaycan İpoteka Fondundan (AİF) verilən məlumata görə, götürülən güzəştli kreditin 78,4% -i hərbi qulluçulara aiddir. Təbii ki başadüşüləndir. Çünki hərbi qulluqçu ən azında 20 il xidmət edəcək və onun işdən atılma ehtimalı çox azdır. İkinci səbəb isə hərbi qulluqçuların maaşları verilmədən krediti maaşdan çıxarmaq mümkündür. Nəticə etibarilə kredit sahibi kredit borcundan qaça bilməz. Amma təəssüflə bildiririk ki, güzəştli kreditdən şəhid ailəsinin də yaralana bilməsinə baxmayaraq, AİF şəhid ailələrinə verilən ipoteka kreditinin olmadığını bildirib. Burada isə iki məqam ola bilər ki, ya şəhid ailələri müraciət etməyib və ya ipoteka kreditini əldə etmək istəsələr də, nail ola bilməyiblər. AİF-nun statistikasına görə, götürülən ipotekanın 37,8%-nin aylıq gəliri 1100 manatdır. Maraqlıdır ki, ölkəmizdə bu aralıqda maaş alanlar kimlərdir? Müəmmalı olduğu qədər də maraqlıdır.

Tikinti şirkətlərinin müştərilərinə verdiyi daxili kredit isə başadüşülən və sadədir. Belə ki, hər hansısa MTK şirkətində daxili krediti ipoteka kreditində olduğu kimi, satın alınan əmlakın 20%-ni (şirkətə görə dəyişir) ilkin ödəniş olaraq alır. Təbii ki, alınan əmlakın sahəsinin yüksək olması ödənilən ilkin ödənişin faizini artırmasa da, məbləğə təsir göstərir. Şərtləri isə çox sadədir. Yəni, tək şəxsiyyət vəsiqəsi ilə. MTK-lar tərəfindən satılan əmlakların (yerindən və şirkətdən asılı olaraq) hər kvadratmetr sahəsinə görə 500 - 1500 manat arasında dəyişir. Şəhərin mərkəzinə yaxın məsafəliklərdə olan iki otaqlı (70 kv m.) mənzil əldə etmək üçün 9.800 manat ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsinin sürəti kifayət edir. Bəlkə də bunun üçün əhalinin bir çoxu MTK-lar tərəfindən verilən daxili kreditə üstünlük verir.

Qeyd edək ki, AİF və ipoteka krediti verən bankların birindən geniş araşdırma aparılır və məsələ bütün cılpaqlığı ilə yaxın günlərdə oxuculara təqdim olunacaq.

Odər Qəni





Həftənin ən çox oxunanları