Yuxarı

Dollar və avro 1 manat olacaq?

Dollar və avro 1 manat olacaq?

Dollar və avronun məzənnəsi son günlər maraq doğuran xəbərlərdir. Səslənən bəzi ehtimallar isə inandırıcı olmasa da, inanmaq istədiyimiz qəbildəndir. Belə ki, dollar və avronun məzənnəsinin yaxın günlərdə 1 manat olacağına dair ehtimallar səsləndirilir.

Bu ehtimalın inandırıcı olmasa da, mümkünsüz də deyil. Çünki əsasən də ikinci devalvasiyadan sonra vətəndaşların iqtisadi durumu və xarici valyutada olan kreditlərinin ödənilməsində yaranan çətinliklərin artması bir sıra problemlər yaradıb. Bank kreditlərində yaranan problemlərin həlli üçün isə ekspertlər hökumətin kompensasiya ödəməsinin vacib olduğunu vurğulayırlar. Devalvasiyadan keşən müddətdə problemlər daha da artmağa başlayır. Hökumət isə kompensassiya ödənilməsinin gündəmdə olmadığını bildirir. Yayılan ehtimalları nəzərə alsaq, hökumətin kompensassiya ödəməkdənsə müvəqqəti olaraq süni yolla dollar və avronun məzənnəsinin 1 manata endirəcəyi ilə bağlı fikirlər yaranıb. Digər bir məsələ isə neftin qiymətinin müəyyən qədər armasıdır.

Son günlərdə neftin qiymətinin 50 dollar civarında olması ölkənin gəlirlərini müəyyən qədər artırır. Devalvasiya baş verən zaman hökumət nümayəndələri dolların məzənnəsinin neftin qiymətindən asılı olduğunu qeyd etdilər. Manatın xarici valyuta qarşısında kəskin dəyər itirməsini də bununla izah edirdilər. Deyilənləri nəzərə alsaq, xarici valyutanın məzənnəsi kəskin aşağı düşməlidir. Çünki yuxarıda qeyd etdiyimiz kimi neftin qiyməti müəyyən qədər artaraq 50 dollar səviyyəsinə çatıb. Ancaq Mərkəzi Bankın bu günə olan məzənnəsinə əsasən dollar 1.5017, avro 1.6948 manatdır. Dollar və avronun 1 manat olacağı ehtimalı bu baxımdan özünü doğrultmur. Ancaq nəzərə alsaq ki, Azərbaycanda xarici valyutanın məzənnəsi iqtisadi yox, inzibati yolla tənzimlənir, bu zaman məzənnənin 1 manata endirilməsi kimi “sürprizi” də gözləmək mümkündür.

Belə ki, Mərkəzi Bank xarici valyutanın məzənnəsini “süni yollarla 1 manat dəyərinə sala bilər. Ancaq məzənnəni 1 manata salınsa belə, uzun müddət sabit saxlamaq mümkün olmayacaq. Çünki bunun üçün Mərkəzi Banka külli miqdarda vəsait lazımdır. MB-ın ehtiyatlarının xeyli azaldığını nəzərə alsaq dollar və avro 1 manat məzənnəsində maksimum 3 ay qala bilər. Bu da vətəndaşlar arasında yenidən sürətli dollarlaşmaya səbəb olacaq və nəticədə də 3-cü devalvasiya baş verəcək. 3-cü devalvasiya isə daha kəskin şəkildə olacaq. Çünki həm MB-ın ehtiyatları tükənmiş olacaq, həm də ölkədə xarici valyuta qıtlığı yaranacaq. Nəticədə isə 3-cü devalvasiya baş verərsə, dollar və avronun məzənnəsi 2.75 manat civarında dəyişəcək. Bu da sosial partlayışa səbəb olacaq.

Dollarla bağlı proqnozları ilə zaman-zaman gündəmə gələn astroloq Səbuhi Rəhimli Cebhe.info-ya dollar və avronun heç vaxt 1 manat olmayacağını deyib:

“Manatın məzənnəsi ilə bağlı mən proqnozumu ilin əvvəlindən vermişəm və yenə də fikrimdə qalıram. Dollar heç vaxt 1.5 manatdan ucuz olmayacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları