Yuxarı

Manat üçün son 3 gün…

Manat üçün son 3 gün…

Fuad İbrahimov: “Manat çətin duruma düşəcək”

Dolların uçot dərəcəsinin artırılması gözlənilir.

Cebhe.info “TASS”a istinadən xəbər verir ki, bunu AMB Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü Cerom Pauell Vaşinqtondakı Piterson adına Dünya İqtisadiyyatı İnstitutundakı çıxışı zamanı deyib. Lakin o əlavə edib ki, hər şey iqtisadiyyatın və əmək bazarındakı vəziyyətdən asılı olacaq.

Pauell bildirib ki, istehlak bazarında gizli artım tempinin yüksək olması ciddi düşünməyə əsas yaradır:

“Əmək bazarı haqqında məlumatlar real vəziyyətdə iqtisadi fəallığın gizli artım temtinə dair yaxşı siqnallar verir”.

O qeyd edib ki, bu göstəricilərə görə, ABŞ iqtisadiyyatı hazırda möhkəm təməl üzərində dayanır. ABŞ FED-in uçot dərəcələri məsələsinə iyunun 14-15-də baxacaq.

Sözügedən xəbəri şərh edən iqtisadçı-alim Fuad İbrahimovun proqnozlarına görə, dolların uçot dərəcəsinin artması Azərbaycanın valyuta bazarına, o cümlədən manatın məzənnəsinə mənfi təsir göstərəcək:

“Manatın üzərinə əlavə təqyiqlər əmələ gətirəcək. Hazırda manatın məzənnəsi şəffaf olmadığına görə, manatın məzənnəsinə həm mənfi təsir göstərəcək, həm də təzyiq göstərəcək. Son günlər dünya bazarında dolların digər valyutalara nisbətən möhkəmlənməsi prosesi gedir. Maliyyə birjalarınmda bu təbii haldır. Amma milli valyutamızı çətin duruma qoyacaqlar.

Hesab edirəm ki, Azərbaycanın iqtisadi korpusu artıq imitasiya dövründən konkret tədbirlərin görülməsinə başlanmalıdır. Artıq proqnozlar verilirsə, bizim iqtisadi korpusumuz dərhal ona reaksiya verməlidir.

Məhz belə qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində maliyyə-kredit sistemində ciddi problemlər yarandı. Vaxtilə Maliyyə Nazirliyi dövlət siyasətini həyata keçirib dollarla kredit verilməsinin qarşısını almadı. Hətta birinci devalvasiyadan sonra dollarla kreditlər verildi. Ona görə də dolların uçot dərəcəsi iyun ayında artırılsa, bu Azərbaycan iqtisadiyyatına birmənalı şəkildə təsir edəcək”.

Qeyd edək ki, bəzi iqtisadçılar dolların uçot dərəcəsinin Azərbaycan manatının məzənnəsinə təsirinin cüzi olduğunu və ya olmadığını deyirlər. Bu mövqedən çıxış edən mütəxəssislərin fikrincə, manatın məzənnəsinə dolların uçot dərəcəsinin artması 20-30 faiz təsir edə bilər. Çünki milli valyutanın kursunun formalaşmasında neftin qiyməti əsas rol oynaylır.

Fuad İbrahimov isə bu yanaşmanın düzgün olmadığını bildirdi:

“Dolların uçot dərəcəsinin qalxıb-düşməsi valyutanın özünün möhkəmlənməsi və ya ucuzlaşması prosesin göstəricisidir. Necə ola bilər ki, ABŞ dolları dünya bazarında möhkəmlənsin, amma Azərbaycan manatına təsir göstərməsin. Əgər Azərbaycan üzən məzənnə sisteminə keçibsə, bu manatdan necə yan keçə bilər? Azərbaycan iqtisadiyyatının dünyanın etalon valyutası olan ABŞ dollarına bağlılığı var. Ancaq bizim manatın məzənnəsini süni şəkildə saxlamaq imkanımız yoxdur. Bir anlıq təsəvvür edək ki, neftin qitməti 5 dollara düşüb. Azərbaycana gəlir gətirəcək əlavə alternativ mənbəmiz varmı? Yoxdur”.

İqtisadçı-ekspert onu da bildirdi ki, dolların uçot dərəcəsinin qalxması ilə neftin qiymətində dəyişiklik yaranacağını düşünmək olmaz. Neftin qiyməti bir qayda olaraq, birjalarda müəyyən olunur:

“Apardığımız tədqiqatlar və dünyada gedən proseslər sübut edir ki, dolların məzənnəsinin neftin qiymətinin formalaşmasına aidiyyatı yoxdur. Hal-hazırda neftin qiyməti dünya əmtəə birjalarında gedən proseslər və orada əmələ gələn təsir alətləri altında hərəkət edir”.

Eyni zamanda, Fuad İbrahimov bildirdi ki, ABŞ ümumi daxili məhsulun cari il üçün rüblük nəticələrini açıqlayıb. Nəticələr 0,9 faiz artımla gözlənilsə də özünü doğrultmayıb və 0,8 faiz təşkil edib. Bu göstəricinin də dolların uşot dərəcəsinin müəyyənləşməsinə təsiri ola bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları