Yuxarı

Banklar devalvasiyaya hazırlaşır

Banklar devalvasiyaya hazırlaşır

Rəşad Həsənov: “Onlar öz xarici valyuta öhdəliklərini ödəyə bilmir”

Son günlər manatın məzənnəsinin necə dəyişəcəyi ictimaiyyətdə geniş müzakirə predmentinə çevrilib. Manatın günü-gündən xarici valyutaya nisbətdə dəyər itirməsi üçüncü devalvasiyanın baş verəcəyi gözləntilərini artırıb. Digər tərəfdən də, kommersiya bankları xarici valyuta satışını demək olar ki, tam məhdudlaşdırıb. Nəzərə alsaq ki, banklarının özünün də dollar tələbatları var və belə çıxır ki, Mərkəzi Bankın hərraca çıxardığı dollar heç kommersiya banklarının öz tələbatlarını ödəmirlər.

Qeyd edək ki, dünən kommersiya banklarının Mərkəzi Banka yarım milyard dollar sifarişləri olub və MB bunun yalnız 10 faizini ödəyə bilib. Bu görə də ölkə ərazisində yenidən dollar qıtlığı yaranır və bu manata qarşı təzyiqlərin artmasına səbəb olur. MB-ın hərraca tələb olunan vəsaitdən qat-qat aşağı vəsait çıxartığından kommersiya bankları da dollar satışını məhdudlaşdırmaq məcburiyyətində qalır. MB xarici valyuta ehtiyyatlarını qorumağa çalışdığı üçün manat günü-gündən dəyər itirməyə davam edəcək. MB tələb olunan dolları hərraca çıxarıb, kommersiya banklarının tələbini tam ödəməlidir ki, manata qarşı təzyiq azalsın və bu günə nisbətdə sabitləşsin. Əks halda manatın dollar qarşısında kəskin ucuzlaşması qaçılmaz olacaq.

“Cümhuriyət”ə şərhində iqtisadçı-ekspert Rəşad Həsənov bunu bankların öz tələbatlarını ödəyə bilməməsilə izah edib. Onun sözlərinə görə, bankların özünün də dollar öhdəlikləri var və buna görə də banklar dolları satmırlar: “Burada məsələ ondan ibarətdir ki, bankların dollara təlabatı artıb. Hazırda faktiki olar tələb valyuta hərrəclarında ödənmir. Bu günə qədər olan hərraclarda təxmini olaraq tələbin 15-20 faizi ödənildi ki, bu da bankların dollar satışını həyata keçirmək imkanlarını məhdudlaşdırır. Çünki bankların özünün də xarici valyuta öhdəlikləri var. Bu öhdəlikləri bankları yerinə yetirmək ala bildikləri xarici valyutaları öz ehtiyaclarını qarşılamaq məqsədilə saxlayırlar”.

Ekspert bankları sərt siyasət həyata keçiməkdə günahlanıdırb. O, vurğulayıb ki, sərt siyasət təlaşı gücləndirir?

Banklar gələcəkdə bahalaşacağını proqnozlaşdıraraq dollar satışını məhdudlaşdırarır, növbəti dövrlərə hazırlıq həyata keçirir. Amma şəhərdə bir neçə bank var ki, onlar dollar satışını daimi olaraq həyata keçirir və marja da kifayət qədər aşağıdır. Digər bankların isə məzənnə siyasətinə nəzər salsaq görərik ki, birinci devalvasiyadan sonra bəzi banklar valyutadəyişmədə maraqlı olmadılar. Marja faizlərini tətbiq edərək, sadəcə alış-satış göstərməklə müştərilərə xidmətlər çərçivəsində qaldılar və məzənnə gəliri əldə etməyə çalışmadılar. Belə məqamlarda Azərbaycan bankları yumşaq siyasət əvəzinə daha da sərtləşdirici siyasət həyata keçirərək panikanı gücləndirirlər”.

Bankların marja məhdudiyyətinə riayət etməməsinə də toxunan Rəşad Həsənov bildirib ki, banklar əslində valyutadəyişmədə maraqlı deyillər və bazarın iştirakçısı olmaq istəmirlər: “Əslində üzən məzənnə rejiminə keçid faktiki olaraq marja məhdudiyyətinin tətbiqinin hüquqi qüvvəsini itirməsidir. Üzən məzənnənin mahiyyəti də ondan ibarətdir ki, məzənnə bazarın tələb və təklifləri və eyni zamanda bankların valyuta bazarında tutduğu mövqe əsasında formalaşmalıdır. Amma sonrakı dövrlərdə prosesin nəzarətdən çıxması Mərkəzi Bankı məcbur etdi ki, qanunvericiliyə nə qədər zidd olsa da 4 faizli marja tətbiq etdi. Əgər 4 faizli limit pozulursa faktiki olaraq Mərkəzi Banka qaydaları pozan banklara sanksiya tətbiq etmək imkanı yaradır.

Bunu əgər tətbiq etmirsə, ola bilsin ki, Mərkəzi Bankın üzən məzənnəyə keçməsinə baxmayaraq valyuta bazarlarında banklar üçün məhdudiyyətlər tətbiq etməsinin doğru olmadığından yola çıxaraq heç bir sanksiya tətbiq etməyib. Biz müşahidə etdik ki, banklar bu öhdəliklərə riayət etdilər, amma bunlar bazarın öhdəliklərinə uyğun deyildi. Bir ay bundan əvvəl banklarda dolların alış-satışı arasındakı marja təxminən 0.60 manata qədər azalmışdı, ancaq bankların rəsmi açıqladığı məzənnədə bu fərq 9-10 manat arasında olurdu. Bu da onu göstərir ki, banklar əslində valyutadəyişmədə maraqlı deyillər və bazarın iştirakçısı olmaq istəmirlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları