Yuxarı

Rusiyanın "Türk axını"nın Azərbaycana təsiri

Rusiyanın

Türkiyə və Rusiya arasında oktyabrın 10-da "Türk axını" ilə bağlı imzalanmış hökumətlərarası sazişə əsasən 2 boru kəmərinin tikintisi nəzərdə tutulur. Bunlardan biri - 15,75 milyard kubmetrlik Türkiyə bazarına, digəri isə Türkiyə üzərindən keçməklə Avropaya istiqamət götürməlidir. Neft Araşdırmalı Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya bildirib ki, ikinci boru kəməri üzrə bir çox detallar sənəddə öz əksini tapmayıb: “Əgər birinci boru kəməri üzrə bildirilirsə ki, quru hissənin sahibi türk şirkətidir, ikinci haqda hələ ortaq fikir yoxdur. Rusiya tərəfi hansısa birgə şirkətin və ya əməliyyat şirkətinin yaradılacağını istisna edir. Ona görə ki, ikinci boru kəməri yalnız o zaman reallaşa bilər ki, Rusiya Avropa Komissiyası ilə tam razılığa gəlsin. Bu isə Ukraynadan tranzit, Şimal Axını-2 kimi layihələrin müzakirəsindən keçir. Yəni, konsensusun necə əldə edilməsi Türkiyə üzərindən keçəcək borunun taleyində əks olunacaq. Ona görə də "Türk axını" layihəsinin Cənub Qaz Dəhlizi layihəsinə birbaşa hansısa təsirini qabartmaq düzgün olmazdı”. Ekspert bildirib ki, Türkiyə bazarına "Türk axını" ilə faktiki olaraq 2020-ci ildə hazırda Transbalkan boru xətti ilə nəql edilən rus qazından 1,5-2 milyard kubmetr çox qazın artması planlaşdırılır: “Bu, elə də böyük həcm deyil. Ancaq bir faktoru nəzərə almaq lazımdır ki, Rusiya qazının qiyməti Azərbaycan qazının həm regiondakı, həm də xarici bazarlardakı qiymətinin formalaşmasına ciddi təsir edən amildir. Rusiyanı Qərb zaman-zaman dempinq siyasəti yürütməkdə, qazdan bir siyasi alət kimi istifadədə günahlandırır. Bunun bariz nümunəsi kimi Karnegi Fondunun son araşdırmasını göstərmək olar. “Gazprom” şirkəti 2016-cı ildə ABŞ-ın Avropa bazarına maye qaz ixracını əngəlləmək üçün artıq özünün boru kəməri ilə satdığı qazın qiymətini Qərbi Avropa ölkələri üçün kəskin ucuzlaşdırıb. Məsələn, cari ilin avqustunda Almaniyada qazın hər 1000 kub metrini 150 dollardan satıb. Yəni, Rusiya bazarlar uğrunda mübarizədə özünün imkanlarını nəzərə alsaq, bəzən müəyyən zaman çərçivəsində, hətta maya dəyərindən aşağı belə qaz satmağa gedir. Belə riskli faktorları Xəzər hövzəsindən 3500 km uzaqlıqda yerləşən bazarlara qaz çıxaran şirkətlər daim nəzərə almalıdırlar”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları