Yuxarı

Metroda gediş haqqı neçə olacaq?

Metroda gediş haqqı neçə olacaq?

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Bakı Metropolitenində sərnişindaşımanın qiymətinin qalxması ilə bağlı yayılan xəbərlərə Cebhe.info vasitəsilə münasibət bildirib. Nazirlik rəsmisi deyib ki, Tarif Şurası qiymətlərin tənzimlənməsinə sosial-iqtisadi baxımdan yanaşır: “Hazırda metroda sərnişindaşıma ilə bağlı qiymətlərin qalxması məsələsi müzakirə predmeti deyil”. Qeyd edək ki, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cari ilin ilk yarısında Bakı Metropolitenində sərnişindaşımaya əvvəlki ildəkindən çox xərc çəkilməsi, bir sərnişinin daşınma xərcinin həddən çox olduğunu vurğulamışdı. Nigar Məhərrəm Cebhe.info





Həftənin ən çox oxunanları