İlham İsmayıl: “Boru xəttini partlatmaq Rusiyanın hədəfində ola bilər” Türkiyədə başlayan hərbi çevrilişə cəhd səngiməmiş son günlər İraq hökuməti ilə Türkiyə arasında gərginlik davam edir. İki ölkə arasında Başika hərbi bazasına görə yaranan gərginlik səngimir. İraq parlamenti türkiyəli hərbçilərin ölkədən çıxarılması barədə qərar qəbul edib. Bağdad hətta bununla bağlı BMT-yə də şikayət edib. Antiterror əməliyyatları və son həftələrdə Türkiyədə baş verən hadisələr strateji əhəmiyyətli enerji xətlərinin təhlükəsizliyi məsələlərini yenidən gündəmə gətirib. Dəfələrlə terrorçular Türkiyə və İran arasındakı təbii qaz boru xəttinin Türkiyə hissəsində partlayış törədiblər. Xatırladaq ki, 2008-ci ildə də Türkiyə ərazisində Bakı- Tbilisi-Ceyhan boru kəməri partladılmışdı. Son günlər həm Gürcüstanda, həm də Türkiyədə boru kəmərlərinə qarşı terror təhdidinin olacağı ilə bağlı xəbərdarlıqlar var. Bakı-Tbilisi-Ceyhan boru xətti üçün ən böyük təhlükə hansı ölkələrin ərazisində reallaşa bilər? Türkiyədə, yoxsa, Gürcüstanda? Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cümhuriyət”ə bildirib ki, Bakı-Tbilisi-Ceyhan boru xətti üçün real təhlükə Türkiyədə daha üstündür: “Vaxtilə məhz Türkiyə ərazisində boru xəttini partlatmaq cəhdi olmuşdu. Türkiyədə PKK-nın canlanması, terrora meylliliyi və peşəkarlığı var. Təbii ki, Türkiyədə boru xəttinin partladılması PKK-a terrorçularının istəyi ilə olmayıb. Burada PKK-a terrorçularından istifadə olunmuşdu. Gürcüstan ərazisində ermənilər tərəfindən təhlükə törətmək tamam fərqli situasiyadır. Çünki hansısa erməniyə və yaxud xüsusi göndərilmiş adama silah-sursat verib oraya göndərmək böyük çətinlik yaradar. Amma terrorda asan görünən və ən böyük ehtimal olunan ərazi Türkiyədir, nəinki Gürcüstan. Baxmayaraq ki, Gürcüstanda qarşıda düşmən tərəf var, amma terror məsələsi elədir ki, yeri gəlsə bunu Azərbaycanda da həyata keçirmək olar”. “Rusiya istəsə...” Ekspertin qənaətincə, Bakı-Tbilisi-Ceyhan boru xətti üçün ən böyük hücum planı Rusiyanın hədəfindədir: “Ona görə də Rusiyaya haradan asan olub orada terror hadisəsi törətməyə meylləndirə bilər. PKK-nın və yaxud da ermənilərin öz təşəbbüsü ilə boru kəmərini partlatması mümkün deyil. Çünki yeri gələndə PKK da ermənilər də Amerikadan müəyyən dəstəyi alır, amma Rusiya almır. Buna görə də boru xəttinin partaldılması Rusiyanın hədəfində ola bilər. Boru xətti daha çox Qərb ölkələrinin marağındadır. Buna görə də ermənilərin, PKK-çıların, kürdlərin orda hər hansı bir təşəbbüslə çıx etməyi az ehtimal olunandır. Türkiyə ərazisində Rusiyanın hədəfi mümkün görünür. Bakı-Tbilisi-Ceyhan boru xətti hansı ölkənin ərazisindən keçirsə, təhlükəsizliyə o ölkə cavabdehdir. Bu da beynəlxalq qüvvələrin, mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Hər ölkənin ərazisində konkret olaraq boru xəttinin təhlükəsizliyini təmin edən struktur mövcuddur”. Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- BTC-yə terror təhlükəsi
BTC-yə terror təhlükəsi
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi