Deputat qərar veriləcək zamanı açıqladı Bu ilin əvvəlində Mərkəzi Bank tərəfindən ölkədəki valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilərək, fəaliyəti qadağan olundu. Elə o vaxtdan etibarən "exchange"lər işləmədi. Düzdür, bəzi ərazilərdə qeyri-qanuni valyutadəyişmə məntəqələri fəaliyyət göstərsə də, sonradan onların fəaliyyətinə də xitam verildi. Sonrakı mərhələdə bu məsələ ilə bağlı aidiyyatı orqanlarda müzakirələr başladı və sözügedən məntəqələrin yenidən fəaliyyətinin bərpası gündəmə gəldi. Amma proses reallaşmadı. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası da həmin vaxt valyuta mübadilə məntəqə və ya şöbələrinin yenidən fəaliyyətinə icazənin verilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırdı. Cebhe.info-ya daxil olan məlumata görə, yenidən ölkədəki valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa olunacağına dair hökumətdə müzakirələr başlayıb. Yaxın vaxtlarda xarici valyuta olan dolların alış və satışı üçün “exchange"lərin bərpa olunacağı istisna deyil. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Cebhe.info-ya açıqlamasında deyib ki, belə müzakirələrin aparıldığını deyib: “Amma bir məsələ də var ki, bu məntəqələr açıqlacaqdısa, vaxtında niyə bağlanırdı? Valyutədəyişmə məntəqələrinin bağlanmasına səbəb “qara bazar”ın müəyyən qədər qarşısını almaq və bu məntəqələrin yalnız banklarda fəaliyyət göstərməsini təmin etmək idi. Bütün dünyada əslində bu prosesdir. Yəni dünya ölkələrində valyutadəyişmə məntəqələri bankların nəzdində fəaliyət göstərir. Hesab edirəm ki, hazırda bu məsələnin yenidən reallaşdırılmasına ehtiyac yoxdur. Çünki hələlik manat öz real bazar dəyərini almayıb. Nə vaxt manat real bazar dəyərini alarsa, dollarla münasibətdə problemi olmazsa, o zaman bu məsələyə qayıtmaq olar. Fikrimcə, valyutadəyişmə məntəqələrinin yenidən bərpa edilməsinə hazırda ehtiyac yoxdur”. Alçina Amilqızı
- Ana səhifə
- İqtisadiyyat
- "Exchange"lər yenidən açılacaq
"Exchange"lər yenidən açılacaq
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi