Yuxarı

Dollar üçün siyasi qərar

Dollar üçün siyasi qərar

Manat ucuzlaşmağa məhkumdur

Azərbaycan manatının ucuzlaşmasının bir çox səbəbləri var. Dünyada baş verən iqtisadi proseslər milli valyutamızdan da yan keçmir. Manata birbaşa təsir amilləri ilə yanaşı,  dolayı təsir imkanları da mövcuddur. Ölkədə baş verən iki kəskin devalvasiyaya da stabil iqtisadiyyatın olmaması və kənar amillərin təsiri səbəb oldu. Amerikanın  Federal Ehtiyatlar Departamenti (FED) ötən il uçot dərəcəsini 0.25-dən 0.50-yə qaldırdı. Bu da manatın daha da ucuzlaşmasına səbəb oldu. Ümumiyyətlə, FED uçot dərəcəsini qaldırmasa da bununla bağlı verilən hər hansı bir açıqlama dünya birjalarında təlatüm yaradır və manat da bundan öz “payını” alır.

FED-in 2016-cı ildə keçirilən bütün iclaslarında uçot dərəcəsinin artırılacağı barədə mesajlar verildi. FED rəhbəri Janet Yellen son iclasdan sonra mətbuata verdiyi açıqlamada dekabrın 4-5 də keçiriləcək iclasında uçot dərəcəsinin 0.75-ə qədər qaldıracağını bəyan etdi. Ancaq ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın gözlənilməz qələbəsi iqtisadçıların da fikrini qarışdırdı. Seçkilərin nəticəsindən sonra iqtisadçılar FED-in uçot dərəcəsini qaldırmayacağını xüsusilə vurğuladılar. Bunu da Trampın seçki kampaniyasında səsləndirdiyi fikirlərə istinad edərək müdafiə etməyə çalışdılar.

Uçot dərəcəsinin qaldırılması siyasi qərardır

Ancaq gözlənilənlər tam əksinə cərayan etdi. Donald Tramp seçkininin nəticəsindən sonra verdiyi ilk açıqlamada seçki kampaniyasında səsləndirdiyi bütün fikirləri demək olar ki, bütövlükdə təkzib etdi. Siyasi şərhçilər isə iqtisadçılardan fərqli olaraq kimin seçilməsindən asılı olmayaraq ABŞ-ın siyasi kursunun dəyişməyəcəyini xüsusilə vurğuladılar. Bu təkcə siyasi deyil, həm də iqtisdi baxımdan da bu cür olacaq. FED dekabrda keçirəcəyi iclasda dolların uçot dərəcəsini 0.75 faizə qədər qaldıracaq. Bu ABŞ iqtisadiyyatı üçün vacibdir. Əslində Trampın seçilməsinin əsas səbəblərindən biri də məhz budur. ABŞ-ın hal-hazırda dövlət borcu 23 milyarddan çoxdur. ABŞ-ın atdığı addımlar da birbaşa olaraq bu vəziyyətin yaxşılaşdırılmasına hesablanan addımdır. Dolların uçot dərəcəsinin artması isə dünya valyutalarına olduğunu kimi, manata da ciddi təsir edəcək.

FED dekabrda qərar verəcək

Bəzi iqtisadçılar hesab edir ki, ABŞ-ın bir qurumu olan FED-in verəcəyi hər-hansı bir qərar manata birbaşa təsir göstərmir, yalnız dolayısı yolla cüzi təsir edə bilər. Ancaq bu reallıqdan uzaq fikirlərdir. Dollar bütün dünyada olduğu kimi, Azərbaycanda da əsas valyuta hesab edir. Ən çox təlabat olan valyuta da məhz ABŞ dollarıdır. Bu baxımdan da FED-in verəcəyi hər-hansı bir qərar manata dolayısı yolla deyil, birbaşa təsir edir. Belə olmasaydı, FED uçot dərəcəsini 0.50-yə qaldıranda Azərbaycanda ardıcıl 2 kəskin devalvasiya baş verməzdi.

ABŞ-da gedən istər siyasi, istərsə iqtisadi proseslərə nəzər saldıqda məlum olur ki, FED artıq uçot dərəcəsini qaldırmağa məcburdur. FED ilin sonunda yəni, 4-5 dekabr tarixində uçot dərəcəsini qaldıracaq. Təbii ki, ABŞ bunu Azərbaycan manatını uzuclaşdırmaq üçün artmır. Hal-hazırda ABŞ-ın yeganə rəqibi Çin iqtisadiyyatıdır. ABŞ bazarlarının da böyük bir hissəsini Çin istehsalı olan mallar tutur. ABŞ bu vəziyyətdən çıxmaq, öz iqtisadi gücünü yenidən əvvəlki səviyyə çatdırmaq üçün müəyyən addımlar atmalıdır. Dolların uçot dərəcəsini artırmaq da bu addımlar biridir. Buna görə də dekabrda uçot dərəcəsinin sabit saxlanılmasını gözləmək yersizdir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları