Yuxarı

Parlament kredit borclarını müzakirəyə çıxarır

Parlament kredit borclarını müzakirəyə çıxarır

Zahid Oruc Azərbaycan Banklarının tamahkarlığından danışdı: “100 milyardlarla dollar...”

Millət vəkili Zahid Oruc Cebhe.info-ya son zamanlar gərginləşən bank-kreditor  münasibətlərdən danışıb. Z.Oruc İsveçərinin məşhur bankında nümunə çəkərək qeyd edib ki, isveçrəli bankirlər tamahkar deyillər, reputasiya onlar üçün daha önəmlidir:

“İsveçrənin məşhur bankı  Sviç maraqlı addım atıb. Onlar 100 illərlə banka vəsait qoyan, 10 il ərzində isə hesabları ilə maraqlanmayan şəxslərlə bağlı mühüm aksiya həyata keçiriblər. Bank rəhbərləri deyiblər ki, bu vəsaitlər onlara lazım deyil.

Qeyd olunub ki, kim bu hesablara sahib çıxarsa, onun vərəsəlik hüququ yaxın qohumuna verilə bilər. Bunun üçün isə elektron müraciət lazımdır. Göründüyü kimi banklar bu 100 milyardlara tamah salmır, bununla xəyal qurmurlar. Vəsaitləri ələ keçirmək üçün savaş aparmır. Bu cür bankalar üçün reputasiya çox önəmlidir”.

Zahid Oruc bu günlərdə bir neçə şəhid ailəsinin banka borcu olduğu üçün məhkəməyə verilməsinə münasibət bildirərkən qeyd edib ki, bu yaxınlarda Milli Məclisin növbəti iclasında şəhid ailələrinin, müharibə əlillərinin banklara borcu müzakirə olunacaq.

Zahid Oruc həmçinin şəhid ailələrinin bank borcunun dövlət tərəfindən ödənib-ödənilməməsi ilə bağlı müzakirələr aparılmasının vacib olduğunu, yalnız bir neçə gündən sonra bu haqda məlumat verə biləcəyini qeyd edib.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları