Yuxarı

30 noyabr öncəsi neft ölkələrinə müraciət

30 noyabr öncəsi  neft ölkələrinə müraciət

 

Səudiyyə Ərəbistanı OPEC üzvü olmayan ölkələrə müraciət edərək neft hasilatının azaldılması ilə bağlı qərara riayət edilməsinə çağırıb.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, ölkənin energetika və mineral ehtiyatlar naziri Xalid əl-Faleh “Aramco” neft şirkətində keçirdiyi mətbuat konfransında belə müraciətlə çıxış edib. Səudiyyəli nazir bildirib ki, OPEC üzvü olmayan ölkələr də neft hasilatını azaltmaqla bağlı məsələyə diqqətlə yanaşmalıdırlar. Qeyd edək ki, Əlcəzair və Venesuela neft nazirləri bu gün Moskavaya səfər edəcək. Məqsəd 30 noyabrda keçiriləcək görüş ərəfəsində rusiyalı nazir Aleksandr Novakla neft hasilatının dondurulması məsələsini müzakirə etməkdir. OPEC üzvü olan ölkələr neft bazarındakı qiymətlərə 30 noyabr görüşünün böyük təsir edəcəyinə inanır və hasilatın dondurulması ilə bağlı razılığın əldə ediləcəyinə ümid edir. Sentyabrın sonunda Əlcəzairdə əldə edilən razılaşmaya əsasən OPEC üzvü olan ölkələr sutka ərzində neft hasilatını 32,5-33 milyon barel azaltmaq barədə qeyri-rəsmi razılığa gəliblər. Hələlik ölkələr üçün konkret limit müəyyən edilməyib. Qərarın 30 noyabrda rəsmən veriləcəyi gözlənilir.

Xəzər





Həftənin ən çox oxunanları