Yuxarı

Bahalaşmanın hökumətdə yaratdığı fikir ayrılığı

Bahalaşmanın hökumətdə yaratdığı fikir ayrılığı

Tarif Şurasının qərarı ləğv ediləcək?

Əli Əliyev: “Başa düşürlər ki, etirazlar kəskin hal alır”

Vüsal Qarayev: “Qərarın ləğvi inandırıcı deyil”

Enerji daşıyıcılarının qiymətinin artırılması hökumət rəsmilərini qarşı-qarşıya qoyub.Bəzi hökumət rəsmiləri bu qərarı dəstəkləsələr də, bəziləri bu qərarın ləğv olunmasını zəruri hesab etdiyini vurğulayır.Tarif Şurasının bu qərarına ən kəskin etiraz müxalif düşərgən gəldi.Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Razi Nurullayev dəfələrlə hökumətdən bu qərarın ləğv olunmasını tələb edib.Ötən gün isə Milli Məclisin üzvü Fərəc Quliyev mətbuta açıqlamasında Tarif Şurasının bu qərarını ləğv etmək üçün prezidentə çağırış etdiyini bildirib.

Tarif Şurasının bu qərarı əhalinin də kəskin etirazına səbəb olub.Müxalif düşərgə, hökumət rəsmiləri və əhalinin Tarif Şurasının qərarına kəskin etirazı bu qərarın ləğv olunmasına səbəb olacaqmı?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə şərhində deyib ki, hökumət bu qərarı ancaq öz maraqları naminə ləğv edə bilər: “Başa düşürlər ki, etirazlar kəskin hal alır və bu onların ziyanına işləyir. Bu baxımdan hakimiyyət özünü qorumaq üçün Tarif Şurasının qərarını ləğv edə bilər.Yəni hökumət bu addımı yalnız öz maraqları naminə edəcək”.

“Böhran monopolistləri də vurub”

AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, hökumətin qiymət artımı vətəndaş-iqtidar münasibətlərinin son halqasını da qoparmaqdır: “Möhkəm dövlətçilik üçün hakimiyyət və xalq çəkici bir nöqtəyə vurmalıdır. Hakimiyyət vətəndaşa özünü elə sevdirməlidir ki, ölkənin dar günündə xalq da onun arxasında dursun.Bu gün Azərbaycan vətəndaşının hazırkı iqtisadi uçurumda vətəninə verə biləcəyi heç nə yoxdur, nə maddi, nə mənəvi.Deputatların bəzilərinin qiymət artımına münasibətləri isə sadəcə biabırçılıqdır.Belə gülünc, xalqı aşağlayıcı fikirlər hakimiyyətə ziyandan başqa heç nə vermir.Bəzi deputatların, hətta YAP-çıların Tarif Şurasının bu qərarına qarşı sərt reaksiya verməkləri də təəccüblü deyil.Artıq böhran hakimiyyətin öz içərsindəki məmurları, oliqarxları, monopolistləri də vurumağa başlayıb.Bir müddət öncə qeyd etmişdim ki, getdikcə hakimiyyətin fikir ayrılıqlarına səbəb olacaq”.

“AXCP sədri vəizyyətin bu həddə çatacağını demişdi”

AXCP sözçüsü bildirib ki, biz partiya olaraq mövqeyimizi ortaya qoymuşuq: “AXCP sədri Razi Nurullayev bütün ictimai, sosial, siyasi məsələlərdə olduğu kimi, qiymət artımı məsələsinə də dərhal sərt reaksiya verdi. Hər zaman olduğu kimi, yalnız problemi göstərməklə qalmadı, bəzi təkliflər də irəli sürdü.Əslində Razi Nurullayev hələ çox öncədən durumun bu yerə gəlib çıxacağını demişdi.

"Məhz buna görə də AXCP hökumətə təkliflər paketi təqdim etdi, orda göstərdik ki, neft asılılığından mütləq azad olmaq lazımdır. Doğrudur bu gün bu təkliflərin az hissəsi də olsa həyata keçrilməyə çalışılır. Məsələn, biz təkliflərimizdə pambıqçılığın, baramaçılığın və digər sənaye sahələrinin inkişafının vacibliyini vurğulamışdıq.

Bu gün görürük ki, hökumət bu istiqamətdə addımlar atmağa çalışır, amma çox ləng və yenə də yarımçıq.Hökumətin Tarif Şurasının qərarını ləğv edəcəyi isə inandırıcı görünmür.Çünki  dövlət büdcəsini bu yolla doldurmaq istəyirlər. Büdcəboşdur.Artıq manatı süni yolla qorumaq mümkün deyil.Və bundan sonra qiymətlər yüksələn istiqamətdə hərəkət edəcək.Mövcud durum bunu tələb edir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları