Yuxarı

Qızılı xaricə kimlər daşıyır?

Qızılı xaricə  kimlər daşıyır?

 

Şəmsəddin Əliyev: “Külçə qızıl karyerdən daş almaq deyil...”

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb. Belə ki, dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələrin və digər qızıl məmulatlarının xarici ölkə vətəndaşları ilə sövdələşmə nəticəsində ölkədən çıxarılmasına cəhd edilib.

Əslində buna bənzər hadisələr Azərbaycanda ilk deyil. Dəfələrlə ölkə sərvətlərinin  xaricə çıxarılması ilə bağlı çox sayda faktlar baş verir. Ekspertlər hesab edir ki, külçə halında qızıl məmulatlarının ölkədən daşınması gücünə malik olan xüsusi qruplar var. Hansı ki, bu qrupların sayəsində küli miqdarda zinət əşyalarının çıxarılması mümkündür. Çünki normalda adi vətəndaşın bu miqdarda qızılı olması inandırıcı görünmür.

Maraqlıdır, Azərbaycan sərvətlərini ölkədən çıxaran qrupların arxasında kimlər dayanır?

Keçmiş polis rəisi Şəmsəddin Əliyev “Cümhuriyət”qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə ölkə sərvəti ölkə xalqına mənsubdur: “Yəni bu sərvət ümumxalq malı kmi qəbul olunur. Kiminsə bunu özəlləşdirməsinə, mənimsədilməsinə yol verilmir. Kifayət qədər ictimai şuura, milli ideologiyaya və dövlətin daxili və xarici siyasi kursauna zidd olan məsələlərdir. Bütün dünyada belədir. Kimsə dövlətin ona etibar etdiyi səlahiyyətlərdən sui-istifadə edib belə hallara yönəlirsə, bir az da onun əməli ağırlaşır. Çünki belə addımlar cəmiyyətə zidd davranışdan bilavasitə şuurlu şəkildə həyata keçirilir. O nə etdiyini gözəl anlayır və bilir ki, bir adamda bu qədər sərvət ola bilməz. İnsan ömrünün sonuna qədər çalışsa və aldığı əmək haqqından kənar qoysa da aldığı qızılın miqdarı 0, 01 faiz ola bilər. Yəni o qədər sərvətə ömrü boyu nail ola bilməz. Ehtimal olunur ki, külli miqdarda qızıl məmulatlarını xaricə yalnız ona etimad edilmiş səlahiyyətlərdən sui-istifadə etməklə mümkün olar. Dövlətin ona verdiyi imkanlarından öz şəxsi maraqları üçün istifadə edir. Təbii ki, burada həm də dövlətin kursunavə vətənə xəyanət etmiş olur. Çünki Azərbaycanın Konstutusiyasında hər bir Azərbaycan vətəndaşı vətənə sədaqət nümayiş etdirməlidir. Bu vəzifə pozulduqda, yerinə yetirlmədikdə, cinayət məsuliyyətinə səbəb olur”.

“Külçə qızıl karyerdən daş almaq deyil...”

Ekspertin sözlərinə görə, bir o insanlar ki, and verdikləri məsələyə etimad göstərmirlər, ona xəyanət edirlər bu adamlar cinayət məsuliyyətinə cəlb edilməli və ciddi cəzalandırılmalıdırlar: “Belə insanın arxasında səlahiyyət imkanına sahib insanlar  və kifayət  qədər maliyyə imkanları olan şəxslər dayanır”. Ölkədən nə qədər qızıl çıxarmağın mümkünlüyünə gəlincə, Şəmsəddin Əliyev bu barədə bilgiyə sahib olmadığını dilə gətirib: “Hesab edirəm ki, qızılın çıxarılması ilə bağlı Bəyannamədə xüsusi göstərişlər olmalıdır. Amma olub-olmadığını deyə bilmərəm. Bu, mənim üçün bir qədər qaranlıqdır. Bu, çox ciddi məsələdir. Amma ölkədən qızılın çıxarılması o qədər də məqsədəmüvafiq deyil. O da müəyyən həcmində olmalıdır. Məsələn, kimsə hədiyyə aparmaq məqsədilə bunu edə bilər ki, burada qızılın həddi cüzi miqdarda olur. Ümumiyyətlə Azərbaycanın idxal və ixracında külçə qızılının alınması faktlarına hələki rast gəlməmişəm. Külçə qızıl karyerdən daş almaq deyil ki? Bu, ciddi məsələdir. Kim ki, külçə qızıl alırsa, bu insanlar qeydiyyatda olmalıdır və Dövlət Təhlükəsizlik Xidmətindən qeyri-leqal olaraq bu fəaliyyət araşdırılmalıdr. Azərbaycan sərvəti ümümxalq malıdır. Bunu kimsə daşıya bilməz. Bu özü də ciddi cinayət əməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının qızıl ehtiyatı affinaj edilmiş qızıl külçələrdən ibarətdir, dövlət mülkiyyətidir və dövlətin qızıl-valyuta ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.

Bundan əlavə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Affinaj edilmiş qiymətli metallar, affinajı tələb edilməyən qiymətli metal külçələri, habelə qiymətli daşlar onların mülkiyyətçilərinin balansında hesaba alınır və qanunvericiliyə uyğun mülki dövriyyəyə buraxılır.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları