\\ \\2017-ci ildə Mərkəzi Bankın üzən məzənnəyə keçidi gözlənilir. Bankda belə hesab etdirilə ki, üzən məzənnəyə keçidlə dollar-manat arasında münasibət nisbətən də olsa tənzimlənəcək. İqtisadçı-ekspert Vüqar Bayramov da bu fikirdədir ki, əgər prosesə hazırlıq sistemli aparılarsa, bu mümkündür. Ekspertin sözlərinə görə, üzən məzənnəyə keçid Mərkəzi Bankın verəcəyi qərardan asılıdır:\\“Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə liberal məzənnə siyasətinə keçidin olması nəzərdə tutulub. Bu, artıq rəsmi sənəddə əks olunmuş öhdəlikdir. Bu səbəbdən cari ildə liberal məzənnə siyasətinə keçidin olması gözləniləndir. Bu gözləntinin özünü doğrultmaması cari ildə “Strateji Yol Xəritəsi”nin reallaşmaması anlamına gələcək”.\\İqtisadçı hesab edir ki, bu il gec-tez Mərkəzi Bank liberal siyasətə keçəcək. Lakin üzən məzənnəyə keçidin hansı aya təsadüf etməsi haqda proqnoz vermək olmaz: “Üzən məzənnəyə keçidin hansı ayda reallaşacağını deyə bilmirik. Bu inzibati qərar Mərkəzi Bankın nəzarətində olduğu üçün proqnoz vermək mümkün deyil. Keçiddən sonra manatın məzənnəsinin nə qədər olacağı da liberal siyasətdən asılı olacaq. Gözlənilir ki, rəsmi məzənnə ilə bazar məzənnəsi arasında kəskin fərq olacaq”.\\İqtisadçı hesab edir ki, üzən məzənnəyə keçid olarsa, bazarda dolların məzənnəsi 2.20-2.50 manat arasında dəyişə bilər: “Rəsmi məzənnədə dolların manata münasibətdə məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın liberal məzənnə siyasətinə hansı səvviyədə hazır olmasından asılı olacaq. Hazırkı gedişat göstərir ki, dolların məzənnəsi manata nisbətdə artacaq”. İqtisadçı qeyd edib ki, əsas nüans Mərkəzi Bankın bu prosesə hazırlıqlı olması, manata inamı artırmasından ibarət olmalıdır: “Mərkəzi Bank bu faktorları nəzərə alaraq liberal məzənnə siyasətinə keçməyə hazırlaşmalıdır. Bu halda manata münasibətdə kəskin sıçrayışların qarşısı alına bilər.\\Bu mərhələyə keçid hazırlıqsız olarsa, heç bir nailiyyət əldə edilməz. Bu zaman manatın daha çox dəyər itirəcəyini müşahidə edəcəyik”.\\Nigar Məhərrəm
- Ana səhifə
- İqtisadiyyat
- Üzən məzənnəyə keçiddən sonra dollar 2.20-2.50 manat olacaq
Üzən məzənnəyə keçiddən sonra dollar 2.20-2.50 manat olacaq
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi