Yuxarı

Son 1,5 ildə dollar bu qədər ucuzlaşdı

Son 1,5 ildə dollar bu qədər ucuzlaşdı

Dolların məzənnəsi son 1,5 ildə ilk dəfə ən aşağı həddinə düşüb.\\Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, məzənnənin azalması bu ölkədə qeydə alınıb və son 1,5 ildə ilk dəfə olaraq dollar bu gün 59,66 rubla satılıb.\\Mütəxəssislər dolların ucuzlaşmasını neftin bahalaşması ilə izah edirlər. Ötən il və bu ilin ilk günləri ərzində neftin hər barelinin qiyməti 27 dollardan 56 dollara yüksəlib. Buna səbəb isə neft hasilatının dondurulması ilə bağlı OPEK üzvü və qeyri-OPEK ölkələrinin nazirlərinin qəbul etdiyi qərar olub.\\Ancaq ekpertlər hesab edir ki, dolların ucuzlaşması davam etməyəcək və uzun müddət məzənnənin belə qalacağını gözləmək olmaz. Ros AvroBankı-ın mütəxəssisi Marina İvanovanın sözlərinə görə, fevraldan etibarən dolların rubla nisbətdə məzənnəsində artım gözlənilir.\\Xəzər





Həftənin ən çox oxunanları