Yuxarı

Xarici təzyiqlər manatı çökdürür

Xarici təzyiqlər manatı çökdürür

FED uçot dərəcəsini daha da artıracaq\\Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) ötən il dolların uçot dərəcəsini 2 dəfə artıraraq 0.75 faizə çatdırdı. Təbii ki, dolların uçot dərəcəsinin artması bütün dünya valyutaları arasında məzənnə fərqinin yaranmasına səbəb oldu. FED-in uçot dərəcəsini artırması manatın da ciddi şəkildə ucuzlaşmasına rəvac verdi. Ancaq ABŞ uçot dərəcəsini sırf manatın ucuzlaşaması üçün artırmır. Məlumdur ki, ABŞ son illərin ən böyük iqtisadi çöküşü ilə üz-üzə qaldı.\\Bu gün ABŞ-ın xarici borcları əvvəlki illərə nisbətdə xeyli artıb. ABŞ iqtisadiyyatı ciddi inflyasiya təhdidilə üz-üzədir. Hətta beynəlxalq araşdırmaçılar deyir ki, ABŞ dolların uçot dərəcəsini sürətli şəkildə artırmasa, inflyasiyadan xilas ola bilməyəcək. FED rəhbərliyi də 2017-ci ildə dolların uçot dərəcəsini gözləniləndən daha surətli şəkildə artıracaqlarını istisna etmirlər.\\FED-in“Richmond” şöbəsinin sədri Cefri Laker ( Jeffrey Lacker), bankın bu il faiz nisbətini bazarların gözlədiyindən daha sürətlə artırmaq məcburiyyətində qalacağını bildirib. Bu da dolların daha sürətlə bahalaşacağı anlamına gəlir. Laker bundan başqa, ABŞ iqtisadiyyatının 2017-ci ildə 2 faiz ətrafında böyüyəcəyini və inflyasiyanın 2 faizə çatacağı proqnozunu verib. Bütün bu deyilənləri nəzərə alsaq dünya yeni dollar təhlükəsilə üz-üzə qalacaq. Təbii ki, ABŞ öz iqtisadiyyatını qorumaq üçün bu addımı atacaq və dolların uçot dərəcəsini artıracaq.\\İqtisadçılar bildirirlər ki, FED uçot dərəcəsini 2017-ci ildə ən azı 4 dəfə artıraraq 0.75-dən 2 faizə çatdıracaq. Bu isə o deməkdir ki, bütün dünya valyutaları kəskin ucuzlaşacaq. Bu ucuzlaşma təkcə milli valyutalarda deyil, qiymətli kağızlar bazarına da ciddi təsir edəcək. Çünki, bu gün dünyada baş tutan bütün hərraclar dollar ekvivalentilə aparılır. Əslində ABŞ-ın vəziyyətdən çıxmaq üçün yeganə yolu da elə dollarla bağlıdır. Belə ki, zamanında ABŞ-ın apardığı siyasət nəticəsində dünyanın alternativsiz valyutasına çevrilən dolların hesabına bu gün ABŞ demək olar ki, bütün dünyanı təhdid altında saxlamağı bacarır. Azərbaycan da bunda öz “payını” artıqlaması ilə alıb.\\Doğrudur, dolların uçot dərəcəsinin artırılması Azərbaycan manatına birbaşa təsiri çox azdır. Ancaq dolların uçot dərəcəsinin artması Azərbaycan milli valyutasının ucuzlaşmasında və təzyiq altında qalmasında əhəmiyyətli roll oynayır. İstisna deyil ki, FED uçot dərəcəsini ilk dəfə artıranda manat 35 faizli devalvasiyaya uğradı. Hal-hazırda da manata qarşı ciddi təzyiqlər var və bunlarda biri və ən önəmlisi də elə FED-in verəcəyi qərarlardır. Ancaq FED-in dekabr ayında verdiyi artım qərarı manatın kəskin ucuzlaşmasına səbəb olmadı. Bu gün məhz buna görə də bəzi hökumətyönlü ekspertlər deyir ki, FED-in vercəyəi hər hansı bir qərar manata təsir etmir. Ancaq məsələ əslində tamamilə fərqlidir.\\Manat ona görə FED-in artım qərarına reaksiya vermədi ki, öz real dəyərində deyil və hökumət manatın məzənnəsini inzibati qayda da təyin edir. Bu da manatın bazarda real qiymətlərlə mübadiləsinin qarşısını alır. Bu isə o deməkdir ki, FED bu gün uçot dərəcəsini sıfır faizə qədər endirsə də manat ucuzlaşmağa davam edəcək. Sadəcə bu ucuzlaşma nisbətən aşağı surətlə gedəcək. Çünki, manat FED-in təzyiqindən xilas olacaq. Təbii ki, FED-in bu qərarı verməsi elə sıfıra bərabərdir. FED gözlənilən artım qərarını verməyə məcburdur. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ iqtisadiyyatının dirçəlməsi üçün dollardan başqa yolu qalmayıb. ABŞ da bu “kozırdan” maksimum dərəcədə yararlanmağa çalışacaq.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları