Yuxarı

Kreditlərə güzəşt yenə gündəmdə

Kreditlərə güzəşt yenə gündəmdə

 “Problemli kreditlərin həcmi 1 milyard 442 milyon manata çatıb. Bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8,9 faizi deməkdir”. Cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi:“Bununla belə, aparılan monitorinqlər göstərir ki, banklarda problemli kreditlərin məbləği Mərkəzi Bank tərəfindən rəsmi elan edilən rəqəmdən daha böyükdür. Fərqli səbəblərdən banklar yubanan kreditləri problemli kreditlər kimi rəsmilləşdirməyə həvəsli görünmür. Kredit götürənlərin ödəmə qabiliyyətinin azaldığını nəzərə alsaq, o zaman növbəti aylarda da problemli kreditlərin həcmində artımlar qaçılmazdır. Tədqiqatlar göstərir ki, problemli kreditlərin xeyli hissəsi artıq “ümidsiz kreditlərdir”. Yəni, onların geri qaytarılması praktik olaraq mümkün deyil. Halbuki, 2015-ci ilin əvvəlində təklif etdiyimiz kimi, Mərkəzi Bank sadəcə problemli kreditlərin yarısı qədər məbləği xarici valyutada olan kreditlərə kompensasiya kimi ödəsəydi, 10 min dollaradək istehlak kreditlərinə güzəşt tətbiq edə bilərdi. Mərkəzi Bank kreditlərə güzəşt versəydi, nə problemli kreditlərin həcmi bu qədər şişərdi, nə də kredit borcu olanların ödəmə qabiliyyəti pisləşərdi. Bu isə o deməkdir ki, güzəşt tətbiq edilməyincə, problemli kreditlərin həcmində artımlar davam edəcək”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları