“Kəskin şəkildə ucuzlaşma...”Donald Tramp ABŞ-da hakimiyyətə gəlməzdən öncə verdiyi vədlərdən biri də dolların məzənnəsinin aşağı salınması ilə bağlı idi. Donald Tramp iddia edirdi ki, Obama komandası tərəfindən dolların məzənnəsi süni sürətdə artırılır. Bu artım dünya bazarına, bir sıra ölkələrin iqtisadiyyatına, o cümlədən də ABŞ-a məni təsir edir. Bəs görəsən, Tramp hakimiyyəti illərində dolların məzənnəsinin sabitləşməsinə nail ola biləcəkmi?Cebhe.info-nun sualını cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Tramp verdiyi vədlərə əməl edir: “Trampın dollarla bağlı açıqlamasından sonra valyutanın mövqeyi ilə bağlı yanaşmaların dəyişdiyini gördük. Trampın bu açıqlamasından sonra dünya bazarında dolların məzənnəsi aşağı düşdü. Hazırda 1 avro 1 dollar 8 sentdir”.V.Bayramov bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra avronun məzənnəsində azalmalar nəzərə çarpıb. İqtisadçı həmçinin onu da vurğulayıb ki, Tramp və onun komandası dolların məzənnəsinin aşağı salınmasında maraqlıdır: “Tramp hökumətinin yanaşması ondan xəbər verir ki, ABŞ dolların ucuzlaşmasında maraqlıdır. Ağ Ev rəhbərliyinin dolların hansı səviyyədə ucuzlaşmasında maraqlı olduğu önəmli nüansdır. Lakin bununla yanaşı qeyd edək ki, dolların kəskin ucuzlaşması mümkün olmayacaq. Tramp komandası dolların faizlərinin aşağı düşməsi prosesini real olaraq həyata keçirəcəksə, məzənnəni mərhələli şəkildə ucuzlaşdıracaq”.İqtisadçının sözlərinə görə, hazırda dolların dünya bazarında kəskin şəkildə ucuzlaşması gündəmdə deyil. Çünki premiumların 62 faizi dolların payına düşür. İqtisadçı Azərbaycanda dolların məzənnəsinin sabit saxlanıb-saxlanılmayacağına da münasibət bildirib. O qeyd edib ki, bütün bu proseslərin konteksində dolların məzənnəsinin stabilləşməsi faktiki olaraq mümkün deyil: “Hər gün dolların məzənnəsində dəyişiklik olur. FED-in qərarı da bu məsələyə təsir edir. Bu səbəbdən dolların sabit qalacağı müzakirə predmeti deyil”.Nigar Məhərrəm
- Ana səhifə
- İqtisadiyyat
- Ölkədə dolların məzənnəsi sabit qalacaq?
Ölkədə dolların məzənnəsi sabit qalacaq?
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL