Rəşad Həsənov: “Fundamental faktorlar hələlik manatın əleyhinədir”Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırmamaq barədə fevralın 1-də verdiyi qərardan sonra dolların məzənnəsi aşağı düşməyə başlayb. Bu proses bir çox ölkələrdə müşahidə edilib. Bəzi ekspertlər hesab edir ki, uçot dərəcəsinin artırılmaması maliyyə bazarlarında müəyyən dəyişikliklər yaradacaq. Fond birjaları, xammal qiymətləri yüksələcək, dollar isə zəifləyəcək. Təbii ki, bu qərarın gələcəyi qaranlıq qalacaq.FES yaxın gələcəkdə də faizləri artırmasa, maliyyə bazarlarında ciddi dəyişikliklər baş verəcək. Əgər növbəti iclaslarda uçot dərəcəsini artırması barədə siqnallar versə, qısamüddətli artımdan sonra maliyyə bazarlarında qiymətlər yenidən əvvəlki səviyyələrə qayıdacaq.İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə müavininin köməkçisinin açıqlamasından sonra dollar dünya bazarında ucuzlaşmağa başladı: “Bu açıqlamadan bir gün sonra Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırmamaqla bağlı qərar qəbul etdi. Eyni zamanda bu qərardan bir gün sonra Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırmamaqla bağlı qərarı dolların məzənnəsinə təsir etdi. Bütün bunların fonunda avro-dollar kontekstində vəziyyət avronun xeyrinə dəyişdi. Yəni, avro möhkəmlənməyə, dollarsa ucuzlaşmağa başlayıb. Bu, özünü dünyada əsas valyutalara qarşı da nümayiş etdirir. Məsələn, Yapon yuanı, Britaniya funt sterlinqi və digər valyutalara qarşı öz təsirini göstərib”.İqtisadçı ötən gün Azərbaycanda keçirilən hərraclara diqqət çəkərək qeyd edib ki, çox cüzi faizlərlə olsa da, rəsmi rəqəmlərdə manatın iki dəfə möhkəmləndiyi göstərilir: “Təbii ki, dünya birjalarında dollar-avro münasibətləri manatın məzənnəsinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Amma buna baxmayaraq hesab edirəm ki, hökumətin bu istiqamətdə qərar verməməsinin əsas səbəblərindən biri böyük ehtimalla hərracda uçot dərəcəsinin artırılmaması nəticəsində 2 aylıq müddətdə dünya bazarlarında dolların mövqeyini zəifləyəcəyi ehtimalıdır. Eyni zamanda Azərbaycanda manatın psixoloji həddə yaxınlaşması, yəni, ilin əvvəli oluduğundan dövriyyədə manat kütləsinin az olması, dövlət büdcəsindən xərcləmələrin həcminin ortaya çıxarılmaması kimi faktorlar manatın lehinə istifadə ediləcək. Bu hərraclar həssasdır. Hərraclar nəticəsində bazarda manat kütləsinə qarşı çox ciddi təzyiq formalaşacaq. Həmçinin kəskin dəyərsizləşdirməyə də gətirib çıxaracaq. Ola bilsin ki, risklərin müəyyən qədər neytrallaşdırılması məqsədilə hökumət manatın hələlik müvəqqəti şəkildə möhkəmlənməsi fikrinin yaradılmasına cəhd göstərir. Digər xarici və daxili faktorlar bu istiqamətdə hökumətə kömək olur”.Rəşad Həsənovun qənaətincə, hərraclar vasitəsilə olsa belə, manat möhkəmlənərsə, real bazarda dolların ucuzlaşması prosesi baş verəcək: “Amma söhbət 3-5 faiz ucuzlaşmadan getmir. Yəni, bu ucuzlaşma rabitəsiz şəkildə davam edə bilməz. Çünki fundamental faktorlar hələlik manatın əleyhinədir”.Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- Dollar ucuzlaşsa, qiymətlər enəcəkmi?
Dollar ucuzlaşsa, qiymətlər enəcəkmi?
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL