Akif Nəsirli: “Hökumət test eləyir ki, gördükləri tədbirlərin effekti nə qədərdir”Son bir neçə gün ərzində ABŞ dolları manata nisbətən ucuzlaşıb. İqtisadçılar bunun gözlənilən proses olduğunu deyirlər. Ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb. Beləliklə, manatın orta çəkili məzənnəsi hərracda 2,8% möhkəmlənib.Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini ötən gün üçün 1,8769 səviyyəsində müəyyən edib. Ekspertlərin fikrincə, dolların ucuzlaşması və ümumiyyətlə, dollara olan tələbatın aşağı düşməsi gözlənilən idi. Əsasən yanvar ayında dollara olan tələbat azalıb. Prosesin hələ də davam edəcəyini bildirən iqtisadçılar bu məsələni yanvar və fevral aylarında həm büdcəyə ayırmaların az olması, həm də idxal azalması ilə əlaqələndiriblər. Müşahidələr onu göstərir ki, dolların manata nisbətən ucuzlaşması prosesi martın ortalarına qədər davam edəcək. Novruz bayramı ərəfəsində dolların yenidən bahalaşacağı istisna olunmur. Maraqlıdır, iqtisadçılar hər zaman bəyan edirdilər ki, əslində dolların manata nisbətən real dəyəri 2 manat 50 qəpikdir. O zaman dolların məzənnəsi niyə aşağı düşür?“Bu proses inzibatçılığın təzahürüdür”İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, dolların ucuzlaşması vəziyyəti Azərbaycan manatının üzən məzənnə üzrə göstərdiyi effetkə bənzəmir: “Bu məsələdə o qənaətə gəlmək olmaz ki, artıq manat müqavimət göstərir. Amma manat öz dəyərini yenidən qaytarır və o istiqamətdə hərəkət edir. Bu proses inzibatçılığın təzahürüdür. Hökumət ölkə daxilində müəyyən tədbirlər görüb. Banklarda Azərbaycan manatının nağdlaşdırılmasına ciddi məhdudiyyət qoyulub. Bundan əlavə Azərbaycanda valyuta çıxışına ciddi qadağalar qoyulub. Bir tərəfdən banklarda manatın nağdlaşdırılmasının qarşısının alınması əhalidə, sahibkarda pul kütləsinin azalmasına səbəb olur. Digər tərəfdən ölkədən dolların çıxışına konkret ciddi məhdudiyyətlər qoyulub. Hesab edirəm ki, hökumət bir test eləyir ki, gördükləri tədbirlərin effekti nə qədərdir. Bu testin nəticəsinə uyğun olaraq Azərbaycan manatının sabitləşdirilməsi istiqamətində müəyyən ardıcıl addımlar atacaqlar. Bu tədbirləri ona görə görürlər ki, Azərbaycan bazarına axan valyuta manatı sabitləşsin”.Ekspert əlavə edib ki, dolların hazırda məzənnəsinin aşağı düşməsinin bazarla heç bir əlaqəsi yoxdur: “Sadəcə olaraq hökumət müəyyən vasitələrlə o qiymətləri tənzimləyə bilir. Necə ki, 10 ildir tənzimləyir.Tənzimlənmə zamanı çoxlu valyutaya girirlər. Ona görə iki ildir o tənzimləməni məhdudlaşdırıblar. O səbəbdən də manat indiyədək ucuzlaşıb. 0.78 az qala 2 manata gəlib çıxmışdı. İndi isə tədbir görürlər ki, dollar dayanıqlığını ölkədə saxlaya bilsinlər. Sabitləşmə yaransa, Rusiyadakı kimi bir sabitlik yarada bilərlər. İndi hökumət gördükləri tədbirlərin səmərəsini yoxlayırlar ki, görək ölkədən dollar axını, bazarın dollarudma qabiliyyəti nə qədərdir. Fikrimcə, onu yoxlayırlar.Bundan sonra valyutadəyişmə məntəqələrində bir müddət dollar satışı sərbəst şəkildə reallaşdırılacaq. Əgər manat üzən məzənnə ilə indiki qiyməti alırsa, o zaman valyutadəyişmə məntəqələrində nə üçün məhdudiyyət var? Bütün əlamətlər ona gətirib çıxarır ki, hökumət gördüyü tədbirlərdən sonra bir test keçirir. Hesab edirəm bu, müvəqqəti haldır”.Alçina Amilqızı
- Ana səhifə
- İqtisadiyyat
- Manat üçün kritik bir ay
Manat üçün kritik bir ay
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL