Rəşad Həsənov: “Nazirlik bunu öz büdcə kəsirini kompensasiya etmək məqsədilə həyat keçirir”Maliyyə Nazirliyi istiqraz buraxılışı yolu ilə 700 milyon manat borc almağı planlaşdırır. 2017-ci il yanvarın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd dövlət qısamüddətli istiqrazlarının buraxılışı 54S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Palata tərəfindən həmçinin yanvarın 27-də Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 1 000 000 (bir milyon) ədəd dövlət ortamüddətli istiqrazlarının buraxılışı 55S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.Oxşar addım ARDNŞ tərəfindən atılmışdı. Hələ ötən il sentyabr ayında şirkət SOCAR İstiqrazların satışına başlamışdı. Bir istiqrazın dəyəri 1000 (min) dollarıdır. İstiqrazlar 5 il müddətlidir və illik 5 faiz gəlir gətirəcək. 100.000 ədəd istiqraz buraxılıb. İstiqrazların ümumi dəyəri 100 milyon dollarıdır. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. Bu istiqrazların nə qədər əlverişli olduğu, sərfəli olub olmaması ilə bağlı müzakirələr hələ də davam edir. Bu məsələnin başqa tərəfidir. Eyni addımın “Azəriqaz” ASC, “Azəriişıq” ASC, eləcə də digər bu kimi gəlir gətirən qurumların atması hardasa başadüşülən ola bilər.Maliyyə Nazirliyinin bu addımı atması hansı zərurətdən yaranıb? Ən əsası nəticəyə nail olunacaqmı?İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bu, yeni bir əməliyyat növü deyil. Ekspert deyib ki, Maliyyə Nazirliyi vaxtaşırı olaraq dövlət istiqrazlarını dövriyyəyə buraxıb: “Bu əməliyyat Maliyyə Nazirliyinin hüquqları çərçivəsində aparılır. Müxtəlif dövrlərdə dövlət büdcəsinin icrası ilə bağlı müəyyən problemlər yaranarkən bu vəsaitlər istiqrazların emissiyası yolu ilə cəlb olunur. Daha sonra isə yenidən vəsaitlərin geri qaytarılması məsələsi baş verir ki, bu zaman gəlirlər yerinə gəlir. Hazırda 700 milyon dəyərində istiqraz emissiyasında məqsəd proqnozlaşdırılan büdcə kəsirinin kompensasiya edilməsidir. Dolayısı ilə bu, dövriyyədən müəyyən qədər manat kütləsinin də kənarlaşmasına gətirib çıxarda bilər. Nəticədə bu da manat üzərində təzyiqi azaldır. Amma nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi məhz istiqraz emissiyasını öz büdcə kəsirini kompensasiya etmək və cari xərcləri zamanında yerinə yetirilməsi təmin etmək məqsədilə həyat keçirir”.Rəşad Həsənov ehtimal edir ki, Maliyyə Nazirliyi 700 milyon manat borc almağı planlaşdırırsa, bu, onun xərclərini kompensasiya edəcək: “Nazirlik emissiya etdiyi qiymətli kağızları Bakı Fond Birjasında yerləşdirən zaman problem ortaya çıxa bilər. Yəni, sifariş və təklif arasında müəyyən problemlə üzləşə bilər. Amma son dövrlərdə xüsusilə maliyyə bank sektorunda müşahidə olunan narazılıqdan sonra dövlət zəmanətilə emissiya olunan bütün qiymətli kağızlara yüksək səviyyədə tələbat olub. Eyni zamanda burda faiz dərəcəsi də az deyil. Bu baxımdan böyük ehtimalla əməliyyat uğurla tamamlanacaq”.Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- Maliyyə Nazirliyi 700 milyon borca girir
Maliyyə Nazirliyi 700 milyon borca girir
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL