“Vəziyyət ruslar üçün hələ dumanlıdır”İlham Şaban: “Türkiyə bazarına daxil olan müxtəlif mənbələrdən qaz satıcılarına da təsirsiz ötüşməyəcək”Fevralın 7-də Rusiya prezidenti Vladimir Putin "Türk axını" layihəsini imzalayıb. Bundan öncə Türkiyə tərəfi layihə ilə bağlı hökumətlərarası sazişi təsdiqləmişdi. Bu o deməkdir ki, artıq "Türk axını" layihəsi kağız üzərindən realizə mərhələsinə qədəm qoyur. Layihənin əsas hissəsi Qara dənizin dibi ilə çəkiləcək 2 boru kəmərindən ibarət olacaq (hərəsi 910 km). Onların ümumi buraxıcılıq gücü 31,5 milyard kubmetr təşkil edəcək.Hələlik yalnız 15,75 milyard kubmetr qazın Türkiyənin daxili bazarına yönəlməsi ilə bağlı ikitərəfli kommersiya sazişi var. Avropaya Rusiya qazının nəqli ilə bağlı isə vəziyyət dumanlıdır, çünki kommersiyadan daha çox hazırkı şəraitdə Avropa Komissiyası ilə Rusiya arasındakı siyasi məsələlərin çözülməsinə bağlıdır."Qazprom" şirkəti 2017-ci ildə "Türk axını" layihəsi üçün artıq 700 milyon dollar vəsait ayrılmasını təsdiq edib. Ötən ilin dekabrında “Qazprom” İsveçrənin “Allseas Group S. A.” şirkəti ilə dəniz hissəsinin inşası ilə bağlı müqavilə imzaladı. Ümumilikdə isə 2019-cu ilin IV rübündə başa çatmalı olacaq.Bəs bu layihənin Azərbaycana hansı təsirləri ola bilər?Cebhe.info-nun məlumatına görə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Türkiyə bazarında hər hansı neqativ təsiri proqnoz etmək yanlışlıq olardı: “Ona görə ki, hazırda Rusiya Türkiyə bazarında 26,5-27 milyard kubmetr qaz satır. Bunun 14 milyard kubmetrini “Transbalkan” boru kəməri ilə (Ukrayna və Şərqi Avropa ölkələrindən keçməklə), 12 -12,5 milyard kubmetr isə "Mavi axın" layihəsi ilə türk bazarına daxil olur. "Türk axını" istifadəyə verildikdən sonra 2020-ci ildə “Transbalkan”la nəql edilən indiki həcmlər onunla axmağa başlayacaq və sonra artaraq 15-15,5 milyard kubmetr civarında stabilləşəcək. Bir şeyi nəzərə almaq lazımdır ki, nadir hallarda praktikada borulara layihə gücü qədər qaz vurulur, çünki kompressor stansiyalarının daim gərginlik altında işləməsi arzuolunan deyil. İkinci bir amili də nəzərə almaq gərəkdir ki, Türkiyənin məqsədi öz enerji bazarını diversifikasiya etməkdir, yəni, Rusiya qazının həcmlərini yaxın perspektivdə 28-30 milyard kubmetrdən çox artırmaq planı yoxdur. Ancaq Türkiyə inkişaf edən bazardır. Bu inkişaf isə enerjiyə tələbat deməkdir. Artan enerjinin tələbatı isə artıq 2018-ci ilin II yarısından başlayaraq Azərbaycan qazının əlavə həcmləri hesabına formalaşacaq və 2020-ci ildə bu daha 6 milyard təşkil edəcək. Bu baxımdan "Türk axını" Azərbaycan qazı üçün hər hansı "təhlükə" mənbəyi ola bilməz”.Ekspert "Türk axını"nın Azərbaycan qazına istənilən halda neqativ izlərinin ola bilmə ehtimalını da vurğulayıb: “Bu isə Türkiyə bazarında rəqabət məsələsinin güclənməsi ilə bağlıdır. Rəqabət olan yerdə isə bu özünü qiymət faktorunda əks etdirir. Yəni, aydındır ki, Türkiyə əvvəllər Rusiya qazını “Transbalkan” boru kəməri ilə daha baha alırdı, “Türk axını” istifadəyə veriləndən sonra, tranzit ölkələr sıradan çıxacaq və onun əldə edəcəyi qaz daha ucuz başa gələcək. Bu isə ümumilikdə Türkiyə bazarına daxil olan müxtəlif mənbələrdən qaz satıcılarına da təsirsiz ötüşməyəcək”.Avropa bazarına gəlincə, İlham Şaban qeyd edib ki, burada vəziyyət ruslar üçün hələ dumanlıdır: “Azərbaycanın üstünlükləri çoxdur və yeganə məsələ enerji daşıyıcılarının Avropa bazarında qiyməti məsələsidir ki, bu da ümumi bir tendensiyadır. Yəni, burada Rusiya bir amil kimi çıxış edir, diqtəedici söz sahibi deyil”.Yeganə Oqtayqızı
- Ana səhifə
- İqtisadiyyat
- Azərbaycan üçün təhlükə mənbəyi?
Azərbaycan üçün təhlükə mənbəyi?
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL