Azərbaycan Beynəlxalq Bankı (ABB) üzərindən xaricə çıxarılan 10 milyard civarında dollar ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Dövlət vəsaitinin mənimsənilməsinə görə o zamankı bank rəhbəri Cahangir Hacıyev həbs olundu. ABB ətrafında yaranan bu qalmaqalın istintaqı hələ də davam edir. Yayılan məlumatlardan görünür ki, bank ətrafında baş cinayətlər daha fərqli istiqamətə gedir. Görülən tədbirlərə baxmayaraq ABB üzərindən xaricə çıxarılan milyardlarla vəsaitin geri qaytarılması mümkün olmayıb. Bununla paralel olaraq dövlət yenə də ABB-nin borcunu öz üzərinə götürüb.ABB-nın İdarə Heyətinin sədri Xalid Nurəddin oğlu Əhədov Reuters-ə açıqlamasında deyib ki, Bankın 3 milyard dollar borcunu hökumətin üzərinə götürəcəyinə ümid edir. Bank rəhbəri bunu ABB-nin yenidən maliyyələşdirilməsi çərçivəsində olacağını deyib. Ümumiyyətlə, dövlətə bu qədər zərər vuran bankın fəaliyyətində hökumət niyə maraqlıdır?Əslində hökumət ABB-nin aktivlərinin sağlamlaşdırılmasıda maraqlı tərəfdir. Çünki, bankın özəlləşdirilməsi üçün ABB-nin aktivlərinin sağlamlaşdırılması və gəlirlərinin müsbət saldoya çatdırılmasına ehtiyac var. Ancaq bu prosesin gedişinə nəzər saldıqda görünür ki, bankın bütün yükünü hökumət öz üzərinə götürüb. Doğrudur, ABB-də ən çox səhmlərin sahibi məhz dövlətdir. Ancaq bununla yanaşı bankın digər səhmdarları da var. Ancaq onlar bankın sağlamlaşdırılması üçün heç bir nəzərə çarpacaq addım atmırlar.ABB-nin özəlləşdirilməsi bir müddət öncə gündəmə gəlsədə sonradan bu məsələ hökumətin gündəmindən düşdü. Ehtimal olunur ki, ABB-nin özəlləşdirməyə çıxarılmamasının səbəbi digər səhmdarların bu məsələyə fərqli münasibət göstərməsidir. Bir müddət öncə ABB-nin səhmlərinin bir hissəsidə dövlətin nəzarətinə keçdi. Bu da səhmdarlardan birinin öz səhmlərini satması anlamına gəlir.Hökumət isə bankın borcunu ödəməklə ABB-də yeni bir dövrün başlanğıcını qoymaq istəyir. Ancaq bu məsələdə də qaranlıq qalan məqamlar var. Belə ki, hökumət ötən il də bu cür addım atdı və ABB-nin borclarını ödəməsi üçün Dövlət Neft Fondu vasitəsiylə banka 1 milyard dollar vəsait ayrıldı. Ancaq sonradan məlum oldu ki, o, zamankı bank rəhbərliyi Dövlət Neft Fondundan aldığı 1 milyard dolları aidiyəti üzrə xərcləməyib. Əlavə gəlir əldə etmək məqsədiylə ABB-nin o zamankı rəhbəri Elmar Məmmədov həmin 1 milyard dolları “qara bazar”a ötürüb. E.Məmmədovun bankın idarəçiliyindən uzaqlaşdırılmasının səbəbi də məhz bu oldu. İndi isə hökumət bankın növbəti 3 milyard dollar borcunu ödəmək niyyətindədir. Maraqlıdır, hökumətin banka verəcəyi 3 milyard dollar həqiqətən də borcların ödənilməsinə yönləndiriləcək? Hər halda bu gün hökumətin bu sual ətrafında 2 dəfə düşünməsi vacibdir. 10 milyard, ardınca 1 milyard, indi isə 3 milyard dollarda əvvəlki kimi şəxs maraqlara qurban gedərsə vəziyyət daha da kritik hal alacaq.Vilayət Muxtar
- Ana səhifə
- İqtisadiyyat
- Beynəlxalq Bankın 3 milyardlıq “oyunu”
Beynəlxalq Bankın 3 milyardlıq “oyunu”
Bu bölmədən digər xəbərlər
- Pandemiya bitirsə, dəstək də bitir? - "Hökumət aydın şəkildə açıqlamalıdır ki…” Tarix 11 Mart, 16:39
- Neft "ağ günə” çıxır: Pandemiya başlayanda 15, bitməmiş 100 dollar? Tarix 27 Fevral, 17:19
- Problemli kreditlər necə yaranır? - "Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…” Tarix 25 Fevral, 17:17
- Dollara tələbat niyə 50 faiz artıb? - Geyim, avadanlıq almırıq, səfərə çıxmırıq... Tarix 25 Fevral, 17:16
- Azərbaycanda pensiya almaq "xoşbəxtliyi” kimlərə nəsib olacaq? – Ümid qocalıq müavinətinə qalıb Tarix 23 Fevral, 17:14
- Azərbaycanın xarici borcu: Təhlükəli həddə çatır? Tarix 23 Fevral, 17:14
- Xəzərdən daha "qan iyi” gəlməsə də: "Dostluq” niyə tən bölünmədi? Tarix 20 Fevral, 17:13
- Qarabağ üçün kritik dönəm: "Plana mane olmalıyıq” Tarix 20 Fevral, 17:13
- Bazar "od tutub yanır”: Hökumətin "görünməz əl"i niyə işə düşmür? Tarix 20 Fevral, 17:12
- Hökumət gizlətsə də, pandemiya üzə çıxartdı: ”İşsizlərin sayı bəlkə də 20 dəfə artıqdır” Tarix 18 Fevral, 17:10
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi