Yuxarı

Manatın aqibəti necə olacaq?

Manatın aqibəti necə olacaq?

“Rusiya rublunun təxminən 3 illik kəskin qalxıb-enmələrdən sonra nəinki sabitləşdiyi, hətta aparıcı dünya valyutaları qarşısında dəyər qazanması göz önündədir. Üzən məzənnə rejimində rublun niyə özünü rahat hiss etməsinin səbəbini Rusiyanın tədiyyə balansının hazırki durumu izah edir. Azərbaycandan fərqli olaraq Rusiyada illik tədiyyə balansı il bitəndən maksimum 20 gün sonra, aylıq tədiyyə balansını isə ay bitəndən 10-15 gün sonra açıqlanır”.Cebhe.info-nun məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib. O bildirib ki, Azərbaycan Mərkəzi Bankı aylıq məlumatları ümumiyyətlə açıqlamır, illik məlumatı isə il bitəndən 3 ay sonra açıqlayır:“2016-cı ilin nəticələrinə görə, Rusiya tədiyyə balansının ümumi müsbət saldosu 15 milyard dollar olub. 2017-ci ilin yanvarı nəticələrinə görə isə tədiyyə balansının ümumi müsbət saldosu 6.5 milyard dollar təşkil edib. 2015-ci ildə Rusiyadan kapital axını 153 milyard dollar olmuşdu, 2016-cı ildə 15 milyard dollara düşüb. Göründüyü kimi neftin 41-42 dollar qiyməti şəraitində Rusiya tədiyyə balansında yüksək profisit yaranır və hətta 35 dollarlıq həddədək tədiyyə balansı kəsirsiz ötüşə bilər. İki səbəb var: idxalı əvəzləyən istehsal artır və ən əsas kapital axınını 10 dəfəyədək azaltmaq mümkün olub”.Rövşən Ağayevin sözlərinə görə, Azərbaycanda illik məlumat açıqlanmayıb:“Amma 9 ayın nəticəsinə görə, tədiyyə balansınının mənfi saldosu 1.2 milyard dollara yaxın olub. Hesablamlara göstərir ki, indiki iqtisadi şərtlər daxilində (qeyri-neft əmtəə-xidmət ixracının sabit qaldığı şəraitdə) Azərbaycanın tədiyyə balansının defisitsiz olması üçün neftin qiymətinin 60-65 dollardan aşağı olmaması lazımdır. Rusiyada olduğu kimi Azərbaycanda neftin 35-40 dolar səviyyəsində tədiyyə balansının kəsirsiz olması üçün qeyri-neft əmtəə-xidmət ixracından daxilolmaların səviyyəsini hazırkı 5 milyard dollardan 10 milyard dollara qədər genişləndirmək lazımdır.Yeri gəlmişkən, neftin 52-53 dollarlıq səviyyəsində Rusiya hökuməti valyuta bazarına alış yönümlü müdaxilə hesabına hər ay valyuta ehtiyatlarını təxminən 1.8-2 milyard dollar artırmaq imkanı qazanıb. Rusiya hökuməti rublun hazırki səviyyədən (59 rubl=1 dollar) sonra bahalanmasında maraqlı deyil. Çünki rublun bundan sonrakı bahalanması əvvəla hökumətə valyuta ehtiyatlarını artırmağa imkan vermir, ikincisi isə ucuz neft şəraitində büdcə öhdəliklərini icra etmək üçün daha çox valyuta xərcləməli olur.Nəzərə alaq ki, neftin ilk uzulaşma dövründə (2014-cü ilin yayında ) 1 barel neftin qiyməti 103-104 dollar, 36 rubl=1 dollar idi. Yəni 1 barel neftin ekvivalenti 3700 rubl idi. Hazırda isə 1 barel neftin ekvivalenti 3200 rubldur. Bu səbəbdən Rusiya hökuməti neftin qiymətinin hazırki səviyyəsində rublun daha da bahalnmasında maraqlı deyil.Öz növbəsində, rublun bundan sonra möhkəmlənməsi Rusiyanın həm idxalı əvəzləyən, həm də ixraca yönəlik siyasətinə ağır zərbədir. Manat və rublun taleyini müzakirə və müqayisə edəndə bu faktlara diqqət yetirmək vacibdir”.Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları