Vüqar Bayramov: “Azərbaycan banklarında təhlükəsizlik elementlərinin gücləndirilməsinə ehtiyac var”Ötən gün haker qrupu “DəmirBank”ın təhlükəsizlik sistemində zəif yer taparaq, 3 milyon dollar oğurlamağa müvəffəq olub. Məlumatlara görə, hakerlər “unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar. Ümumiyyətlə, bank sistemində tez-tez bu cür hallara rast gəlirik. Zaman-zaman təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə fəaliyyət göstərən banklardan analoji üsullarla milyonla vəsait qanunsuz olaraq hesablardan çıxarılıb.Ekspertlər hesab edir ki, bu bank sisteminin təməl problemlərindən biridir və bu problemin həlli hələ də tam olaraq mümkün olmayıb.”DəmirBank”da baş verən 3 milyonluq oğurluq hadisəsindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların da bu cür hadisələrdən sığortalanmadıqları məlum oldu. Bəs digər banklarda bu cür oğurluq hadisələri baş verə bilərmi?“Cümhuriyət” qəzetinə danışan iqtisadçı-alim Vüqar Bayramov deyib ki, inkişaf etməkdə olan ölkələrdə bu cür oğurluq halları daha geniş yayılır. V.Bayramov əlavə edib ki, digər banklar da bu cür hallardan sığortalanmayıb: “Banklarda oğurluq halları təəssüf ki, hər zaman rast gəldiyim məqamlardır. Bir sıra banklarda hesabların təhlükəsizliyi tam qorunmadığı üçün zaman-zaman hesablardan oğurluq edilməsi hallarına rast gəlirik. Hansı banklarda hesabların təhlükəsizliyinin qorunması daha ciddi şəkildə təmin edilir, o, banklarda bu cür hallar az-az olur. Baş verən hadisə onu göstərir ki, banklarda təhlükəsizlik elementlərinin artırılması vacibdir. Sözsüz ki, Azərbaycanda bəzi banklar hesabların təhlükəsizliyinin qorunması üçün bir sıra addımlar atır və onlarda hesabların qorunması səviyyəsi yüksəkdir. Amma nəzərə alaq ki, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə bu cür oğurluq halları daha çox yayılıb. Ona görə də, sözügedən bankda baş verən oğurluq hadisəsi digər banklara bir siqnal olmalıdır. Hesab edirəm ki, bu gün Azərbaycan banklarında təhlükəsizlik elementlərinin gücləndirilməsinə ehtiyac var”.Oğurlanan pulların geri qaytarılmasına toxunan Vüqar Bayramov bildirib ki, bunun üçün aidiyyatı qurumlar analoji tədbirlər görməlidir. V.Bayramov qeyd edib ki, bəzi hallarda oğurlanan pulların qaytarılması ümumiyyətlə mümkünsüz olur: “Beynəlxalq təcrübədən də görürük ki, bəzi hallarda oğurlanan pulların qaytarılması mümkün olur. Ancaq bəzi hallarda pullar elə bölüşdürülüb hesablardan çıxarılır ki, heç bir halda həmin pulların geri qaytarılması mümkün olmur. Maliyyə Bazarlarına Nəzarət Palatası anoloji addımları atmalıdır ki, oğurlanan vəsaitin geri qaytarılması təmin edilə bilsin”.Vilayət Muxtar
- Ana səhifə
- İqtisadiyyat
- Pulumuz təhlükə qarşısında
Pulumuz təhlükə qarşısında
Bu bölmədən digər xəbərlər
- Zərərini büdcəyə "yükləyən” şirkətlər: Dövlət bu "yükdən” niyə qurtulmaq istəmir? Tarix 19 Yanvar, 10:11
- Rusiya xərclərin altında "əzilir” - Moskva bu "yükü” çəkə biləcəkmi? Tarix 16 Yanvar, 10:13
- Milyonlarla vəsait ölkədən "axır”: 5 ildə 5272 evi cəlbedici edən nədir? Tarix 16 Yanvar, 10:12
- Pandemiyada göyə sovrulan pullar: "250 milyon dollara təhsildə çalışanların maaşını 2 dəfə artırmaq olar” Tarix 7 Yanvar, 10:33
- Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ Tarix 1 Yanvar, 10:35
- Azərbaycan yeni bazar axtarışında Tarix 31 Dekabr, 10:34
- Dolları nə bahalaşdırır? - "Qara bazar”, yoxsa devalvasiya xəbərləri? Tarix 29 Dekabr, 10:01
- Devalvasiya qorxusunu nə yaradır? -Daxili istehsalın olmaması vəziyyəti çətinləşdirir Tarix 24 Dekabr, 04:22
- Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...” Tarix 22 Dekabr, 04:24
- Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır Tarix 17 Dekabr, 04:27

Seçilmiş xəbərlər
-
Ağ Ev işğalçını seçərsə: İtirdiyi qazancından çox olacaq
-
3 ölkənin birliyi: İran nədən narahatdır?
-
Tufeylilər qeydiyyata alınacaq: "Yaşamağa pulu olmayan adamı cərimələyib nə edəcəklər axı...”
-
İrandan yeni blef: "Şiə NATO”-su kimə qarşıdır?
-
Axına qarşı gedən Tramp: Milyardları və gənc qızı ona kömək olacaq?-BİZİM TƏHLİL