Yuxarı

Bankları qoruyan cinayət tərkibli sövdələşmələr

Bankları qoruyan cinayət tərkibli sövdələşmələr

Əkrəm Həsənov: “Bank səhmdarları dövlət qurumları ilə cinayət tərkibli sövdələşmələrə gedir” Uzun müddətdir ki, bank sektorunda təlatümlər yaşanır.Bu gün ölkədə fəaliyyət göstərən bankların bir çoxu demək olar ki, müflis olmaq həddindədir. Problemli kreditlərin həcminin artması, bank əməliyyatlarının dayandırılması və digər problemlər bankların gəlir götürməsinin qarşısını alanbaşlıca amillərdən biridir. Təsadüfi deyil ki, bu gün fəaliyyətdə olan bankların bir çoxu zərərlə işləyir.Bankların açıqladıqları hesabatlardan da bunları açıq şəkildə görmək mümkündür. Belə ki, müflis həddinə çatan banklardan biri “Turan Bank” ASC 2017-ci ilin 1-ci rübünü 1 milyon 199 min manat zərər ilə başa vurub. Bank 2016-cı ilin yekunları üzrə 1 milyon 398 min manat zərər açıqlamışdı. Bankın açıqladığı hesabata görə yanvar-mart aylarında 8 milyon 834 min manat gəliri əldə etmək üçün 9 milyon 201 min manat xərc çəkib. Nəticədə Bankın 368 min manat əməliyyat zərəri yaranıb. Üstəlik, bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 831 min manat ayırdığından “Turan Bank”ın zərəri 1 milyon 199 min manata qədər yüksəlib. Zərərlə işləyən bankın niyə fəaliyyət göstərməsi isə sual yaradan məsələlərdəndir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ötən il zərərlə işləyən banklar haqqında ciddi qərarlar qəbul etdi və nəticədə bu 11 bankın fəaliyyətinin dayandırılması ilə nəticələndi. Bəs “Turan Bank” və digər zərərlə işləyən banklar haqqında niyə belə bir qərar verilmir?Nəzərə almaq lazımdır ki, banklar zərərlə işləyirsə, bu o, deməkdir ki, bank əməliyyatları icra edə bilmir, vətəndaşlardan qəbul etdiyi əmanətləri qaytarmır.Bu isə ciddi narazılıqlara səbəb olur.Bəs zərərlə işləyən bankların bağlanmamasında maraq, məqsəd nədir?Əslində belə bir vəziyyətdə bankın kimlər tərəfindənsə himayə olunduğu gündəmə gəlir.Məlumdur ki, bu gün kommersiya banklarının bir çoxu “krişalıq” edən şəxslərin hesabına fəaliyyət göstərir.Həmin şəxslər bütün “qara kassa” əməliyyatlarını məhz himayə etdikləri banklar vasitəsilə həyata keçirirlər.Bankların bağlanmaması da həmin şəxslərin “ortaq cinayətlərinin” üstünün açılmamasına xidmət edir.Bu baxımdan həmin şəxslər bütün əlaqələrindən istifadə edərək, bankın müflis elan olunmasının qarşısını almağa çalışırlar. Qeyd edək ki, bir müddət öncə Beynəlxalq Bankda bu təcrübənin şahidi olmuşduq.Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasından sonra, Beynəlxalq Banka rəhbərlik edən Cahangir Hacıyevin törətdiyi bütün maliyyə cinayətlərinin üstü açıldı.Nəticədə isə məlum oldu ki, qudaların “fəaliyyəti” nəticəsində dövlət əmlakına 9 milyard dollardan çox ziyan dəyib. Bu gün zərərlə işləyən banklarda da eyni vəziyyətin yaşandığı istisna olunmur. Hər halda aparılan audit yoxlamalarının nəticələri haqqında ictimaiyyətə dolğun informasiyaların verilməməsi də qaranlıq proseslərin getdiyinə işarədir. “Cümhuriyət” qəzetinə şərhində bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu gün zərərlə işləyən bankların sayının çox olduğunu deyib. Onun sözlərinə görə  ötən il “Nikoil Bank”ın zərəri 250 milyon manata yaxın olub. Ekspert həmçinin zərələ işləyən bankların niyə bağlanmamasının səbəblərinə də aydınlıq gətirib: ““Turan Bank”ın vəziyyəti hələ yaxşıdır. “Nikoil Bank”ın ötən il zərəri 250 milyon manata yaxın olub. Prinsipcə bankın zərərlə işləməsi o, demək deyil ki, bağlanmalıdır.Əgər bankın səhmdarları əlavə pul verirlərsə, fəaliyyətini davam etdirə bilər. Ötən il 11 bankın bağlanmasının səbəbi də məhz bu idi. Bankların zərəri o qədər çox idi ki, artıq bankın pulu yox idi ki, öz öhdəliklərini icra etsin. Səhmdarlar da banka əlavə vəsait vermirdilər. “Turan Bank” və “Nikoil Bank” da əgər zərərlə işləyir və hələ də fəaliyyətini davam etdirirsə, bunun 3 səbəbi var. Ya zərərləri bankın əlində vəsaitdən azdır, ya da ki, zərərin əvəzində səhmdarlar banka əlavə vəsait qoyublar ki, bank fəaliyyətini davam etdirsin. Digər səbəb isə odur ki, bank əslində bağlanmalıdır, sadəcə olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası hələ ki bankı bağlamaq istəmir.Bir neçə bank var ki, artıq əmanətləri ümumiyyətlə, qaytarmır.Bu o, deməkdir ki, zərərləri həddindən artıq çoxdur və bank bağlanmalıdır. Ancaq belə bankların bağlanmamasına səbəb o, ola bilər ki, həmin bankın səhmdarları ilə bəzi dövlət qurumları arasında cinayət tərkibli sövdələşmələr var. Həmin qurumlar isə Palataya deyir ki, bizə bir az vaxt verin, öz əmlakımızı bankdan çıxaraq. Ondan sonra bankı müflis elan edərsən.Digər tərəfdən artıq ötən gün bank haqqında qanuna edilən çox sayda dəyişiklik qüvvəyə mindi. Həmin dəyişikliklərə görə banklar uzun müddət müflişmədən xilas ola biləcək və eyni zamanda öz öhdəliklərini də icra etməyəcəklər. Bu da əslində düzgün yol deyil”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları