Yuxarı

Azərbaycan üçün yeni bahalaşma ümidi

Azərbaycan üçün yeni  bahalaşma ümidi

  Hasilat yenə azaldılacaq OPEK üzvü olan ölkələr hasilatın azaldılması barədə razılığın uzadılmasına müsbət yanaşırlar. Cebhe.info xəbər verir ki, bunu Abu-Dabidə keçirilən mediaforumda Səudiyyə Ərəbistanının energetika naziri Xalid ə-Falih bildirib. Nazirin sözlərinə görə, hələlik bütün üzvlər bununla bağlı razılığını ifadə etməyib, lakin bu istiqamətdə işlər davam etdirilir. Sazişin hansı müddətə qədər uzadılacağı barədə isə hələlik danışmaq tezdir. Nazir qeyd edib ki, hasilatçı ölkələr bazarda balans yaratmaq üçün razılığın hansı müddət üçün keçərli olmasında ciddi fikir ayrılığına malik deyillər: “Bu istər 6 ay olsun, istər 10 və ya 12 ay. Bu, o qədər də vacib deyil. Məqsəd əvvəlki kimi qalır",- deyə nazir vurğulayıb. Bununla yanaşı qeyd olunur ki, sazişin icrasına baxmayaraq, ilk 3 ayda qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmayıb. Xatırladaq ki, 2016-cı ilin noyabrında OPEK üzvü olan ölkələr neft hasilatını sutkada 1,2 milyon barel azaltmaq barədə razılıq əldə dib. OPEK-ə daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan da hasilatı azaldıb. Xəzər





Həftənin ən çox oxunanları