Yuxarı

Banklarımız hörmətdən düşür

Banklarımız hörmətdən düşür

Əkrəm Həsənov: "Banklar çox vaxt öz maliyyə hesabatlarını gizlədirlər”

"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini "CCC” səviyyəsindən "RD” (məhdud defolt) səviyyəsinədək endirib.APA-Economics xəbər verir ki, qısamüddətli reytinq "C” səviyyəsindən "RD” səviyyəsinədək salınıb.Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.Bankın dayanıqlılıq reytinqi "f” səviyyəsində saxlanılıb.Banka verilən dəstək "5” səviyyəsində təsdiqlənib.Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır."Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

Maraqlıdır, Azərbaycan banklarının ümumi reytinq göstəricisi necədir?

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, hər bir bankın öz reytinqi var:

mumən Azərbaycanın bank üzrə reytinqi yüksək deyil. Böyük ehtimalla daha da aşağı düşmə mümkünlüyü var. Çünki Azərbaycan Beynəlxalq Bankının (ABB) ətrafında baş verən qalmaqaldan sonra ölkəmizin beynəlxalq bazarlardakı reytinqi düşəcək.Artıq xaricdə ciddi şübhə altına alınırıq.Çünki ABB ən böyük dövlət bankı idi. O bank öz öhdəliklərini icra etmir və xarici kreditorlardan güzəşt istəyir. Buna görə də onun reytinqi aşağı düşür.Ölkə daxilində fəaliyyət göstərən bir neçə bank var ki, onların vəziyyəti ümumən pis deyil.Ümumiyyətlə, əksər bankların xarici beynəlxalq reytinqi yoxdur.Onları xaricdə heç kəs tanımır.Bir neçə bank var ki, onlara kredit verilir.Amma istənilən halda ölkəmizin reytinqi düşdüyü üçün artıq bundan sonra onlara çox yüksək faizlə kredit verəcəklər.Bütün bunlar hamısı ABB-a görə oldu”.

Ekspert Azərbaycanda heç bir banka tam etibar etmədiyini də vurğulayıb. Əkrəm Həsənov fikrini bankların maliyyə hesabatlarını gizlətməsi ilə əlaqələndirib:

"Banklar çox vaxt öz maliyyə hesabatlarını gizlədirlər. Hətta onlar maliyyə hesabatlarını açıqlasalar belə, ona da etibar yoxdur.Xüsusi olaraq heç bir bankın adını qeyd etməzdim.Çünki o dəqiqə elə başa düşüləcək ki, əhaliyə gedib vəsaitlərini həmin banklara qoymağı tövsiyə edirik.Amma bu belə deyil.Mən ümumiyyətlə, hamıya banklarla çox ehtiyatlı davranmağı tövsiyyə edirəm.İndiki halda əgər ABB-nin başına bir şey gəlsə, bu o deməkdir ki, Azərbaycanda bütün banklarda dərhal problem çıxacaq.Çünki o bankların hamısı ABB-dən pul alıb”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları