Yuxarı

Borclar silinir, yoxsa?

Borclar silinir, yoxsa?

"Çox borcu olan banklar məsuliyyətə cəlb olunacaq”

Azərbaycan Milli Bank qarşısında kommersiya banklarının öhdəlikləri ilk devalvasiyadan sonra 4 dəfəyə yaxın artım göstərib. Belə ki, 2015-ci il yanvarın 1-nə bank sektorunun AMB qarşısında öhdəlikləri 1 482,3 mln. manat olduğu halda, həmin il ərzində göstərici 5 375 mln. manata çatıb. Cari ilin mayın 1-nə isə bu göstərici 6 586,2 mln. manat təşkil edib. Maraqlıdır, borclar silinəcək, yoxsa borclu banklar bağlanacaq? 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı qarşısında bankların öhdəliklərinin artması məsələsi müsbət tendensiyaya çevrilə bilər:

"Hesab edirəm ki, hökumətin bank sektorunda apardığı təmərküzləşmə siyasətində əsasən borclu banklar hədəfdə olmalıdır. Bu qəbuledilən addımdır.  Növbəti ildə ehtimal var ki, Azərbaycan bank sistemindəki bir neçə bank ya birləşdiriləcək, ya da lisenziyası ləğv olunacaq. Düşünürəm ki, daha çox borcu olan və daha çox zərərlə işləyən banklar məsuliyyətə cəlb olunacaq”.

A.Nəsirlinin sözlərinə görə, real təcrübə bunun əksini söyləyir: "Məsələyə real təcrübədən yanaşsaq, hesab etmirəm ki, yalnız borclu və zərərlə işləyən bankların fəaliyyəti dayandırılacaq. Yanaşma birmənalı olmadığı üçün digər meyarlar da nəzərə alınacaq. Hansı ki, bu meyarların bəzisi mənim üçün anlaşılmazdır. Bu gün bağlanan banklardan  daha pis vəziyyətdə olan belə mərkəzlər də hələ də fəaliyyətini davam etdirir”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları