Yuxarı

Borclu azərbaycanlılar

Borclu azərbaycanlılar

Havaların isinməsi bəzi kommunal xidmətlərdən istifadəni azaldıb, istilik sisteminin verilişi isə artıq neçə aydır ki, dayandırılıb. 

Maraqlıdır, əhalinin nə qədər kommunal borcu var? 

Bunu araşdırmaq üçün Cebhe.info aidiyyatı qurumlarla əlaqə saxlayıb. Məlum olub ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödənilməyən borcların məbləği  20 milyon manatdır. Bu haqda "Azərsu” ASC-nin mətbuat xidmətindən Cebhe.info-ya məlumat verilib.

Bildirilib ki, ödənilməyən borclara görə, məhkəmə prosesləri davam edir. Borc ödəməyən abunəçilər sırasında şirkətlər də var. 

"Azəristilik” Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, demək olar ki, borclu abunəçi yoxdur. Digər qurumlardan fərqli olaraq "Azəristilik”də belə bir problemin yaranmamasının səbəbi kimi qiymətin aşağı olması göstərilib. 

"Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hələlik 2017-ci ilin ilk rübünə görə abunəçilərin borcları ilə bağlı hesabat tam hazır deyil. İyulun 5-də hesabat jurnalistlərə təqdim olunacaq: "Sadəcə onu deyə bilərik ki, abunəçilərin borcları o qədər də çox deyil. Obyektiv məlumat vermək üçün ayın 5-ni gözləməliyik”. "Azəriqaz” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən isə onlarda belə bir məlumat olmadığı bildirilib. Qeyd olununub ki, bu haqda 104 "qaynar xətt” xidmətindən məlumat ala bilərik. Təəssüflər olsun ki, 104 xidməti ilə də əlaqə mümkün olmayıb. 

Nigar Cahid 





Həftənin ən çox oxunanları