Yuxarı

Boşalan turizm mərkəzləri

Boşalan turizm mərkəzləri

"Şahdağ Turizm Mərkəzi” QSC ötən ilin hesabatını açıqlayıb. Məlum olub ki, 2016-cı ili 4,3 milyon manat xalis zərərlə başa vurub. Halbuki, QSC 2015-ci ildə 755,5 min manat zərər açıqlamışdı. Cebhe.info xəbər verir ki, "Şahdağ Turizm Mərkəzi” əsas fəaliyyətindən 17,6 milyon manat cəmi gəliri əldə etmək üçün 18,7 milyon manat xərc çəkib. Yəni mərkəz satışda təxminən 1,1 milyon manat zərər edib. Qeyd edək ki, "Şahdağ Turizm Mərkəzi” Qusar rayonu ərazisindəki Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilib istifadəyə verilmiş obyektlərinin idarə olunmasını təmin etmək məqsədilə yaradılıb.Dövlətə məxsus QSC Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.

Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisində "Şahdağ Hotel & SPA”, "Zirvə Hotel”, "Pik Palace Şahdağ”, "Park Chalet Şahdağ”, "Qaya Evləri”, "Gənclər Mehmanxanası”, konfrans zalları, restoranlar və s. fəaliyyət göstərir.

Əslində Azərbaycanda turizmin mövcud durumuna baxsaq, açıqlanan rəqəmlərin qeyri-adi olmadığını görərik. Çünki, hər il artan qiymətlər turizm obyektlərinə olan marağı azaldır. Sadəcə qış turizmi obkyetlərində deyil, həmçinin, yay mövsümündə də istirahət etmək o qədər əlverişli hesab edilmir. Nəzərə alsaq ki, son 1-2 ildə ölkəyə xaricdən gələn turistlərin sayında artım var, turizm obyektləri də bundan istifadə edərək qiymətləri daha da artırır, acgözlük edərək 1 illik qazancını 1 həftədə çıxarmaq istəyir. Nəticədə isə bura gələn bir də gəlmək istəmir.

Bu həm də daxili turizmə də ciddi təsir.Öz ölkəndə qiymətlər o qədər baha olur ki, xaricdə istirahət etmək adama daha sərfəli gəlir."500 manatı gedib Qəbələdə xərcləməkdənsə, Antalyada 1 həftə istirahət etsə, ondan yaxşıdır” deyə düşünənlər kifayət qədərdir.

Amma görünən budur ki, bu qədər tənqidlər və etirazlar turizm obyektləri üçün o qədər əhəmiyyət kəsb etmir.Onlar zərərə işləsələr də qiyməti endirməmək üçün "dirəşirlər”.Məlumat üçün qeyd edək ki, hələ 2014-cü ildə bölgələrdəki dördulduzlu oteldə 2 nəfərlik otaqlarda bir gün gecələməyin qiyməti 60-70 manat idi.Bir nəfərin 1 həftəlik istirahəti isə yemək xərcləri ilə birgə 300-400 manata başa gəlirdi.Beşulduzlu hotellərdə 2 nəfərlik otaqlarda isə 1 gün gecələməyin qiyməti 130-150 manatdan başlayır.Bu hotellərdə bir nəfərin 1 həftəlik istirahətinin qiyməti təxminən 500 manatdan başlayıb.Bu qiymət 2015 və 2016-cı illərdə daha da artıb.

Məsələ burasındadır ki, qiymətlər artsa da xidmət səviyyəsi nəinki artır, hətta geriyə doğru gedir. Buraya yemmək çeşidləri, yeməklərin təqdim olunması, xoş ünsiyyət, xarici dil bilgisi və s. kimi özəllikləri aid edə bilərik. Turizm obyektlərinin çoxunda işləyənlərin əksəriyyətində bu işə peşəkar yanaşılmadığı üçün xidmət səviyyəsi də yüksək olmur.
İndi bir çoxları gedib meşədə oturmağı hansısa restoranda oturmaqdan daha üstün sayır. Təbii ki, əgər restoran olmayan və özəlləşdirilməyən meşə tapsalar...

"Şahdağ”a gəlincə, qeyd edək ki,  bu mərkəz 2009-cu ildə istifadəyə verildikdən sonra 2-3 il ərzində daxili turizmdə aktiv rol oynaya bildi. Çünki, o vaxta qədər Azərbaycanda qış turizmi yox idi və insanlar üçün yenilik idi.Ona görə də, ilk vaxtlarda müştəri çox olmuşdu.Lakin, zaman keçdikcə qiymətlər artmağa başladı və müştəriləri özlərindən "küsdürdülər”.Nəticə olaraq qeyd edək ki, keyfiyyətli turizm yüksək qiymətlərlə ölçülmür.Qiymət nə qədər münasib və xidmət nə qədər yüksək olarsa, bu da daha çox müştəri gətirər.

Yusif





Həftənin ən çox oxunanları