Yuxarı

Avroya "yaşıl işıq”: Dolları sıxışdırır

Avroya

Rəşad Həsənov: "ABŞ dollarının baş verərsə, aidiyyatı qurumlar fəaliyyətə başlayacaq”

Avro dollara qarşı bahalaşır.Artıq ABŞ dolları son 13 ayın ən aşağı səviyyəsinə geriləyib, Avro isə yüksəlişə doğru davam etməkdədir.Avro/dollar məzənnəsi 1.1655-ə yüksələrək son iki ilin ən yüksək səviyyəsinə çıxıb.Analitiklər, avronun hələ bundan sonra da bahalaşmaqda davam edəcəyini hesab edirlər.Bir sözlə, hazırda Avro-dollar qarşıdurması gedir.Hansının qalib gələcəyini isə indidən söyləmək bir qədər çətindir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, növbəti dövrlərdə Avropa Mərkəzi Bankının və Federal Ehtiyat Sisteminin qəbul etdiyi qərarlardan, eyni zamnda ABŞ iqtisadiyyatında açıqlanacaq iqtisadi göstəricilərdən, investorların tutacağı mövqedən, eləcə də ABŞ-ın siyasi arenasında daha çox müzakirə olunan Trampın prezidentliyinin gələcəyi ilə bağlı müəmmalardan bilavasitə asılıdır. Bu baxımdan hazırda konkret olaraq proqnozlaşdırma aparmaq çox çətindir.Çünki Avropanın özündə də müəyyən narahatlıqlar hələ də qalmaqdadır.Belə ki, növbəti mərhələdə İngiltərənin Avropa Birliyindən qopmasının faktiki nəticələrinin hesablanması əsas amillərdən biridir.Xüsusilə də ayrılma prosesi gözləniləndən daha artıq zərər verə bilər.Eyni zamanda Avropa Birliyinin mövqeyi də onu göstərir ki, müəyyən güzəştə getmək fikrində deyil və bu məsələnin növbəti mərhələdə də davam edəcəyi istisna deyil.Amma hazırda maliyyə qurumlarında əsas gözlənilən xəbər Avropa Mərkəzi Bankının növbəti dövr üçün səsləndirəcəyi fikirlərdir. Belə ki, Avropa Birliyi genişləndirilmiş siyasət yürütməkdədir və hazırda bu proses davam edir. Uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallar gündəmdədir.Amma hazırda investorları daha çox düşündürən məqam genişləndirilmiş pul siyasəti ilə bağlı həyata keçirilən ayda 60 milyardlıq avroluq istiqraz alışı prosesinin nə zaman dayandırılmasıdır.Bu özü avronun məzənnəsinə müəyyən qədər təsir göstərir”.

Ekspertin sözlərinə görə, digər məqamlardan biri də odur ki, avronun möhkəmlənməsi nəticədə Avropa Birliyinin ixrac imkanlarını, gücünü, rəqabətini zəiflədir. Bu da ola bilsin ki, hazırda avronun möhkəmlənməsi qarşısında Avropa Mərkəzi Bankının tutacağı mövqeyi dəyişsin. Çünki analitiklər proqnozlaşdırırdı ki, avro 2017-ci ildə bahalaşacaq.İlin sonuna onların gözləntisi o idi ki, 1 avro 1.15 ABŞ dolları səviyyəsinə yüksələcək.Hazırda bu göstərici artıq 1.17-yə çatmaqdadır.Bir neçə ayla müqayisədə artıq 1.03-ə qədər uyğunlaşmışdı.Hardasa 11-12 faizdən artıq qısa müddət ərzində möhkəmlənib.Təbii ki, maliyyə və iqtisadi nəticələr ayrı-ayrılıqda qiymətləndirilməzdi.

 Avropa Birliyinin digər bir problemi məhz inflyasiya hədəfinə nail olan məsələdir. Baxmayaraq ki, ilin ilk birinci rübündə inflyasiya göstəriciləri müəyyən qədər qənaətbəxş idi. Daha sonra, yəni aprel-may aylarında bu səviyyə 1,4 faizə qədər yenidən gerilədi. Bu isə növbəti dövrlərdə Avropa Birliyində maliyyə və pul-kredit siyasətini həyata keçirən Avropa Mərkəzi Bankının hansı mövqedə dayanması ilə bağlı müəyyən fikir ayrılıqlarını artırır. Lakin hazırda proses avronun möhkəmlənəcəyini göstərir. Söhbət bir neçə gündə avronun möhkəmlənəcəyindən getmir.Avro təxminən 1.17 səviyyəsindən aşağı müəyyən qədər ucuzlaşacaq, daha sonra isə yenidən möhkəmlənməyə başlayacaq.Sentyabr ayında Avropa Mərkəzi Bankı və Federal Ehtiyat Sisteminin toplantıları gözlənilir.Hər iki qurumun atdığı bununla bağlı addımlar maliyyə siyasəti ilə bağlı fikirləri iki valyuta arasındakı münasibətlərdə özünü əks etdirəcək.Düşünürəm ki, faktiki olaraq hazırda ABŞ dolları üzərində gərginlik daha çox da siyasi faktorlardan qaynaqlanır.

Bu da görünür ki, qısa müddətdə öz həllini tapa biləcək bir problem deyil.Amma onu da düşünmürəm ki, bu ABŞ doları üçün artıq sondur.Bu müvəqqəti dövr üçün dolların məzənnəsində müəyyən bir geriləmədir.Həmçinin investorlar üçün imkanlardır ki, yaranmış situasiyada qiymətləndirmə apararaq gələcək dövr üçün planlarını ona uyğunlaşdırsınlar və xüsusilə, maliyyə bazarları iştirakçıları gəlir də əldə edə bilər.Çünki müəyyən dövr ABŞ dollarının ucuzlaşmasını gözləmək sadəlövhlük olardı.Əgər bu baş verərsə, aidiyyatı qurumlar müəyyən səviyyədən sonra fəaliyyətə başlayacaq.Hər zaman bazarlarda ciddi alışlar baş verir və bu alışlar dolların məzənnəsinə öz təsirini göstərir.Müşahidələr onu göstərir ki, investorlar dollarla bağlı daha çox gözləmə mövqeyinə üstünlük verirlər.Dolların məzənnəsində də yenidən müəyən qədər bahalaşmalar baş verəcək.İlin sonuna ümumi bir yekunlaşdırma aparsaq, hardasa 1.16 səviyyəsində ABŞ dolları avro cütlüyünün məzənnəsi qərarlaşacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları