Yuxarı

"Azərbaycanda turistlər 1 həftəyə 700 min ABŞ dolları xərcləyir"

"Ötən ilin iyul ayı ilə müqayisədə 24 faiz artım qeydə alınıb. Ümumilikdə, bu ilin ilk 7 ayında ölkəmizə gələn turistlərin sayı 1 milyon 5113 min olub”.  

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. 

Onun sözlərinə görə daha çox turist axını iyulda müşahidə edilib: 

"İyulda ölkəmizə gələn turistlərin sayı təxminən 330 min olub”. 

V.Şıxəmmədovun sözlərinə görə, Azərbaycana daha çox Rusiyadan axın var: "Təxminən 500 minə yaxın turist bu ölkədən gəlir. Sonrakı yerlərdə İran, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt dayanır. Turistlərin sayının çox olması ölkəyə xarici valyutanın axını deməkdir. Təxminən 5-7 gün ərzində Azərbaycanda olan bir turist 700 min ABŞ dolları vəsait xərcləyir”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları