Yuxarı

Bankların kredit bazarı niyə bağlandı?

Bankların kredit bazarı niyə bağlandı?

Ölkə əhalisinin 2 milyard manata yaxın gecikmiş krediti var.  Azərbaycanda 2017-ci il avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 860,8 milyon manat təşkil edib. Məlumata görə, kredit portfelinin 10 milyard 336,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,1 faizini (təqribən 1 milyard 813,3 milyon manat) təşkil edib.

Son vaxtlar problemli kreditlər məsələsi ciddiləşib. Kredit borcu olan insanların əksəriyyət məbləği ödəməkdə çətinlik çəkir. Banklar da bu məsələdə hansısa güzəştlər həyata keçirmir. Kredit borcunu qaytara bilməyən vətəndaşların çoxluğu bankları kredit verməkdən çəkindirib. Bu səbəbdən problem köklü olaraq genişlənməkdə davam edir.

Hüquqşünas-iqtisadçı Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ümumən Azərbaycan vətəndaşlarının banklara olan borcu bu məbləğdir:

"Nəzərə almaq lazımdır ki, şirkətlərin borcu bura daxil deyil. Bunlar vətəndaşların borcundan bir neçə dəfə çoxdur. Əslində normal rəqəmdir. Artıq 9 milyonuq və bu statistika sayımız üçün normal hesab oluna bilər. Sadəcə olaraq baxmaq lazımdır ki, o kreditlər hansı şərtlərlə verilib. Təbii ki, bunların içində elələri də var ki, bu borcu qaytarmaq iqtidarında deyillər. Eyni zamanda baxmaq lazımdır ki, həmin kreditləri verəndə vətəndaşlar onu ödəməyə qadir idilər, ya yox… Bəzən  vətəndaşa o kredit veriləndə bəlli olur ki,  o məbləği qaytara bilməyəcək. Amma təəssüf ki, verilir. Hesab edirəm ki, verilən kreditlərin keyfiyyətinə baxmaq lazımdır. Bu gün Azərbaycanda o qədər insan var ki, o krediti ödəyə də bilər. Amma onlar vermirlər. Amma  ödəyə bilməyənə götürüb kredit verirlər. Buna təbii ki, bank kapitalları da təsir edir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları