Yuxarı

Dollarla alqı-satqı qanunsuzdur

Dollarla alqı-satqı qanunsuzdur

Ali Məhkəmə dollarla alqı-satqını qanunsuz hesab edib. Bununla da əvvəlki iki qərarını dəyişib.

Cəbhə.info xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov deyib:

"Ələsgər Əliyevin sədirliyi ilə Ali Məhkəmədə "ABC Telekom”la vətəndaşın dollarla alqı-satqı müqaviləsinə dair proses bitdi. Xəbər verdiyim kimi, "Antikollektor”un apardığı analoji işlər üzrə digər məhkəmə instansiyaları dəfələrlə belə alqı-satqı müqavilələrini qanunsuz hesab etmişdi. Lakin bir neçə həftə əvvəl məlum olmuşdu ki, hakim Aslan Kalbalıyevin sədrliyi ilə vətəndaşlardan xəbərsiz keçirilən proseslərdə Ali Məhkəmə 2 iş üzrə tam əksinə "ABC Telecom"un xeyrinə qərar vərib. Məhz, onlara istinad edərək "ABC Telecom" mənim apardığım iş üzrə də öz xeyrinə qərarın çıxarılmasını istəyirdi. Başda Ələsgər Əliyev olmaqla məhkəmə tərkibi çox çətin durumda idi. Və bu durumdan şərəflə çıxdı! Ali Məhkəmədəki digər həmkarlarının fərqli qərarına baxmadan, bu gün qanunu, haqqı-ədaləti rəhbər tutdu! Faktiki Ali Məhkəmə mövqeyini dəyişdi! Belə şeyləri görəndə ölkənin gələcəyinə, onun hüquq sisteminin inkişafına inam artır! Yavaş-yavaş hər şeyi müsbətə doğru dəyişə biləcəyik! Əsas odur ki, hamı maariflənsin, haqqını bilsin və qanun çərçivəsində onu sonadək tələb etsin!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları